“Cahan Holdinq” nüfuzlu mükafata layiq görüldü
Mükafat bu gün təntənəli şəkildə “Cahan Holdinq”in prezidenti Vüqar Abbasova təqdim edilib. Xüsusilə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin təminində “Cahan Holdinq”in rolu böyükdür.“Cahan Holdinq” şirkəti “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqəsinin qalibi seçilib.
Mükafat bu gün Gülüstan sarayında keçirilən “Ümumdünya Əməyin Mühafizəsi Günü və Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilənin 120 illiyi” ilə əlaqədar keçirilən konfransda təntənəli şəkildə “Cahan Holdinq”in prezidenti Vüqar Abbasova təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkil etdiyi Konfransda rəsmi dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar və əmək münasibətləri üzrə beynəlxalq və yerli ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində çıxış edən natiqlər ölkədə əmək təhlükəsizliyinin və sosial dialoqun inkişafına dair görülən işləri yüksək qiymətləndiriblər.
"Bu mükafatlar bizim üçün təkcə fəxarət deyil, həm də daha böyük məsuliyyətdir. Əməkdaşlarımız üçün sağlam, təhlükəsiz və ədalətli əmək mühiti yaratmaq bizim başlıca məqsədimizdir” – deyə, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov bildirib.
Bir neçə minədək əməkdaşın çalışdığı “Cahan Holdinq”, əmək münasibətlərində sosial tərəfdaşlığa, şəffaf idarəetməyə və beynəlxalq standartlara əsaslanan yanaşması ilə fərqlənir. Şirkət ISO 9001 beynəlxalq standartına uyğun nizam intizamlı iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunmasında nümunəvi fəaliyyəti ilə tanınır.
Xüsusilə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması və sosial müdafiəsinin təminində “Cahan Holdinq”in rolu böyükdür. Şirkət bölgədə həm iqtisadi, həm də sosial sabitliyin qorunmasına töhfə verir.
Tərkibində10 şirkəti birləşdirən “Cahan Holdinq” müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Avtomobil biznesi və texniki xidmət, tütün və çay məhsullarının istehsalı, tikinti materialları və istilik sistemləri, ticarət, turizm və tikinti kimi sahələrdə mühüm irəliləyişlərə nail olan holdinq, eyni zamanda dünyaca tanınmış bir sıra brendlərin Azərbaycandakı rəsmi nümayəndəsidir.
Qeyd edək ki, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov təkcə biznes sahəsində deyil, ictimai sahədə də aktiv fəaliyyəti ilə seçilir. Hazırda o, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar və İşəgötürənlər Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)



