Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ prezidenti Donald Trampın avtomobil istehsalçıları üçün idxal rüsumlarını yumşalda biləcəyinə dair məlumatların yayılması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. EURUSD valyuta cütlüyü 1.14250 səviyyəsindən 1.13740 səviyyəsinə qədər ucuzlaşıb. Eyni dövr ərzində USDJPY cütlüyü 141.980 həddindən 142.570 həddinə qədər artım sərgiləyib.
Dolların bahalaşması qızılın qiymətinin ucuzlaşması ilə nəticələnib. Dəyərli metal 3353$ səviyyəsinə qədər bahalaşmaqla əldə etdiyi mövqelərini itirib və hazırda 3310$ səviyyəsində ticarət olunur. Beynəlxalq birjalarda ötən gün ilə müqayisədə bugün “Brent” markalı neftin bir bareli üçün qiymət 66.15$-dan 63.90$-a qədər ucuzlaşıb. “Bitcoin” isə fevral ayından bəri ilk dəfədir ki, 95000$ səviyyəsinin üzərinə qalxıb.
“Wall Street Journal”-ın verdiyi məlumata əsasən, gözlənilir ki, Tramp çərşənbə axşamı Miçiqana mitinqə səfər etməzdən əvvəl avtomobil istehsalçıları üçün idxal rüsumlarının yumşaldılması məsələsi ilə bağlı müvafiq tədbirlər görəcək. Qeyd olunur ki, ABŞ prezidenti avtomobil rüsumlarının təsirini yumşadmaq üçün tətbiq olunan rüsumların üzərinə xarici avtomobillər üçün əlavə rüsum tətbiqindən imtina edəcək və ABŞ-da avtomobil istehsalı üçün istifadə olunan xarici hissələrə tətbiq edilən bəzi rüsumları azaldacaq.
Həmçinin, ABŞ-da əmək bazarı Donald Trampın prezidentliyinin ilk 100 günü ərzində hələlik ciddi şəkildə bərpa ola bilməyib: son məlumatlara görə, işsizlik səviyyəsi yerli maksimumlara qayıdıb, real maaşlar isə hələ də Trampdan əvvəlki prezident Co Bayden dövründə qeydə alınmış zirvə göstəricilərdən uzaqdır.
Belə ki, mövcud məlumatlara əsasən, mart ayında işsizlik 0.1% artaraq 4.2%-ə çatıb ki, bu da ötən ilin noyabr ayından bəri maksimum göstəricidir. Oxşar vəziyyət amerikalıların real əməkhaqqları ilə bağlı da müşahidə olunur. Yazın ilk ayının yekunlarına əsasən, real saatlıq əməkhaqqı 33.9$ təşkil edib ki, bu da, yanvar ayındakı 33.95$ və fevral ayındakı 33.91$ ilə müqayisədə bir qədər azdır.
Bugün bazar iştirakçıları ABŞ-da dərc olunacaq Vakansiyalar və Boş İş Yerləri Hesabatı (JOLTS) və “CB” İstehlakçıların İnam İndeksi göstəricilərini diqqətlə izləyəcəklər. Eləcə də, Almaniyada açıqlanacaq "GFK" İstehlakçı İnamı İndeksi və ABŞ-da dərc olunacaq Ticarət Saldosu investorların marağına səbəb olacaq xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
13 d. əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
23 d. əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
-
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
-
1 saat əvvəl
"Air China" Pekin–Pxenyan reyslərini altı ildən sonra bərpa edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
3 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Ən çox oxunanlar
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir

























