Naxçıvanda güzəştli maliyyələşmə 6,5 dəfə artıb
2025-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələrin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə, maliyyələşdirilmiş güzəştli kreditlərin məbləği isə 6,5 dəfə artıb.
Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov Sahibkarlar günü"nə və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və Suverenlik - Naxçıvanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.
Nazir müavini qeyd edib ki, Fondun güzəştli vəsaitlərinin əhəmiyyətli hissəsi regionların inkişafına xidmət edən layihələrə yönəldilib: "Bu layihələr hesabına 63 yeni iş yerinin açılması imkanı yaranıb. Maliyyələşdirilmiş güzəştli kreditlərin 12 faizi Naxçıvan şəhərinin, 88 faizi isə regionların payına düşüb.
Abbas İsmayılov bildirib ki, Fondun ehtiyatları hesabına sahibkarlıq subyektlərinə müəyyən edilmiş prioritet istiqamətlər üzrə 2025-ci il ərzində 25 milyon manatadək maliyyələşdirilmə hədəflənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








