ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
Baku Steel Company məhsullarının ABŞ-a ixracı müzakirə edilib.(®) 2025-ci ilin mart və aprel aylarında ABŞ-ın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti “Baku Steel Company” QSC-nin (bundan sonra – BSC) istehsalat sahələrinə bir sıra işgüzar səfərlər etmişdir.
Səfər proqramı çərçivəsində nümayəndələr Bakıda yerləşən poladəritmə zavodu, eləcə də Sumqayıt şəhərindəki boruyayma (Azerboru) və ferroərintilər (AzFerAl) istehsalat sahələri ilə tanış olmuşlar.
Səfərin əsas məqsədi şirkətin istehsalat potensialı, istifadə olunan xammal, texnoloji proseslər və məhsul çeşidləri ilə ətraflı tanışlıq, həmçinin BSC məhsullarının ABŞ-a ixrac imkanlarının müzakirəsi olmuşdur.
Tərəflər beynəlxalq keyfiyyət standartlarına uyğunluq məsələsinə xüsusi diqqət ayırmışlar. BSC Amerika Neft İnstitutu (API) tərəfindən keçirilmiş auditi uğurla keçərək, neft və qaz sənayesi üçün məhsul istehsalçıları üzrə ən nüfuzlu standartlardan biri sayılan API Spec Q1 sertifikatını əldə etmişdir. Bununla yanaşı, şirkət API 5CT və API 5L spesifikasiyaları üzrə monoqramlara da layiq görülmüşdür. Həmin monoqramlar istehsal olunan məhsulların yüksək keyfiyyətə, təhlükəsizliyə və ABŞ bazarının texniki tələblərinə tam uyğunluğunu təsdiqləyir.
BSC-nin Kommersiya direktoru Vüsal Ruzmanov səfərin nəticələrini belə şərh edib:
“Azerboru və AzFerAl sahələrində istehsal olunan məhsullar xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir. API monoqramlarının əldə olunması ABŞ bazarına çıxış imkanlarımızı genişləndirib. Hazırda mövcud olan əlverişli gömrük rejimi də nəzərə alınaraq, bu istiqamətdə fəaliyyətimizi daha da intensivləşdirməyi planlaşdırırıq”.

ABŞ səfirliyi səfərlə bağlı rəsmi açıqlamasında bildirib:
“ABŞ-ın Bakıdakı Səfirliyinin İqtisadi komandası Sumqayıtda yerləşən Baku Steel Company boru istehsalı müəssisəsini ziyarət edib. Burada ABŞ-ın neft və qaz sənayesində istifadə üçün tikişsiz borular istehsal olunur və ixrac edilir. Komanda, həmçinin ABŞ polad istehsalçılarına materiallar tədarük edən ferroərintilər zavodu ilə də tanış olub. ABŞ qarşılıqlı rifah naminə iqtisadi inkişafın təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığını genişləndirməyi səbirsizliklə gözləyir”.

Şirkət haqqında
“Baku Steel Company” Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tam istehsalat dövrünə malikdir. Şirkət yüksək keyfiyyətli armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, eləcə də tikişsiz borular istehsal edir. Ferroərintilər zavodunda müxtəlif faiz göstəricilərinə malik (FeSi65%, FeSi70%, FeSi75%) və müxtəlif fraksiyalarda (10–50 mm, 10–100 mm və s.) ferrosilisium istehsal olunur. BSC məhsulları həm yerli bazarda böyük tələbatla qarşılanır, həm də Avropa, Afrika, Asiya və Amerika qitələri üzrə 20-dən çox ölkəyə ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)


.jpg)


