BOKT “İnternational” daha 2 milyon manat cəlb edir - ŞƏRTLƏR
Əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərən BOKT “İnternational” ASC istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb etməyi nəzərdə tutur.
Marja.az buraxılışın Baza Emissiya Prospektinə istinadən xəbər verir ki, “Bank Olmayan kredit Təşkilatı "İnternational” Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
İstiqrazların tədavül müddəti 24 ay, illik gəlirlilik dərəcəsi 15%-dir.
BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə (Həsənov Rifat Vaqif oğlu) məxsusdur.
XALİS MƏNFƏƏTİ VƏ KREDİT PORTFELİ ARTIB
BOKT “İnternational” ASC 2024-cü ili 2 milyon 792 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 1 milyon 530 min manat xalis mənfəət ilə bağlamışdı.
Ötən il Təşkilatın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5 milyon 678 min manat və ya 23,1% artaraq 2023-cü ilin yekunundakı 24 milyon 602 min manatdan 2024-cü ilin sonunda 30 milyon 280 min manata çatıb.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
37 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Ən çox oxunanlar
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu





















