Qlobal bazarlarda son vəziyyət günə baxış
Ötən gün ABŞ-da biznes aktivliyinə dair göstəricilərin proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. Lakin, bugün səhər saatlarında ucuzlaşaraq dünən qazandığı dəyəri demək olar ki, itirdi. EURUSD valyuta cütlüyü 1.12550 səviyyəsindən 1.13210 səviyyəsinə qədər bahalaşıb. USDJPY cütlüyü isə 144.200 həddini test etdikdən sonra 143.370 həddinə qədər geriləyib.
Qızıl biralarda digər aktivlərə artan tələb fonunda 3345$-dan 3279$-a kimi zəiflədi. Bugün isə bir qədər artım sərgiləyərək artıq 3320$ həddində ticarət olunur. Cümə axşamı günü “Brent” markalı neftin qiyməti 9 may tarixindən etibarən ilk dəfə 63$ səviyyəsinə qədər ucuzlaşıb. Lakin, gün sonuna “qara qızıl” 64$ səviyyəsində təklif olunurdu. “Bitcoin” isə 110000$ həddinin üzərinə möhkəmlənməyə çalışır.
22 may tarixində ABŞ-da dərc olunan məlumatlara əsasən, ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (Manufacturing PMI) aprel ayı ilə müqayisədə may ayında 50.2 bənd səviyyəsindən 52.3 bənd səviyyəsinə qədər yüksəlib. Ekspertlər göstəricinin əksinə, 49.9 bəndədək zəifləyəcəyini ehtimal edirdilər. ABŞ-ın xidmət sektorunda PMI-ın 50.8 bənddən 51 bəndədək artacağı proqnoz olunsa da, göstərici 52.3 bəndədək artıb və proqnozları üstələyib.
Eləcə də, Amerikanın Təkrar Daşınmaz Əmlak Bazarında Satış Həcmi aprel ayında əvvəlki ayla müqayisədə 0.5% azalaraq illik ifadədə 4 milyon ev təşkil edib. Ötən ay ABŞ-da təkrar mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb. Həmçinin, 17 mayda başa çatan həftədə ölkədə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 2 min nəfər azalaraq 227 min nəfərə qədər enib.
“S&P Global”-ın təqdim etdiyi ilkin məlumatlara əsasən, Avrozonanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) may ayında 49.5 bənd səviyyəsində açıqlanıb. Xidmət sektorunda PMI göstəricisi proqnozları doğrultmayaraq 48.9 bənd səviyyəsində dərc olunub (apreldə - 50.1 bənd, proqnoz - 50.4 bənd). Sənaye sektorundakı PMI isə 48.4 bənd təşkil edib.
Almaniyada da oxşar mənzərə müşahidə olunub. Xidmət sektorunda Biznes Aktivliyi İndeksi 49 bənddən 47.2 bəndədək zəifləyərək 49.6 bəndlik proqnoza nəzərən çox zəif açıqlanıb. Bunun əksinə olaraq, sənaye sektorunda PMI göstəricisi 48.4 bənddən 48.8 bəndədək artaraq analitiklərin ehtimalllarına uyğun nəticə verib. "IFO" Tədqiqat İnstitutunun hesabatına əsasən, Almaniyada Biznes Mühiti İndeksi may ayında 87.5 bənd səviyyəsində açıqlanıb. Aprel ayında göstərici 86.9 bənd təşkil etmişdi.
Böyük Britaniyada isə Kompozit Biznes Aktivliyi İndeksi may ayında 49.4 bənd səviyyəsində dərc olunub ki, bu da, həm əvvəlki ayın (48.5 bənd), həm də proqnozların (49.3 bənd) bir qədər üzərindədir. Xidmət sektorunda isə PMI göstəricisi 50.2 bənd təşkil edib (proqnoz - 50.0 bənd, əvvəlki - 49 bənd).
Bugün ABŞ-da açıqlanacaq Yeni Mənzil Satışlarının Həcmi və Almaniyada dərc olunacaq ÜDM məlumatları investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Əlavə olaraq, Böyük Britaniyadan və Kanadadan Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri bazar iştrakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
















