BOKT "Falcon Finance"ın 2024-cü il üzrə maliyyə hesabatları – XALİS MƏNFƏƏTİ 2,4 DƏFƏ ARTIB
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance" MMC 2024-cü ili 755 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2023-cü ili 309 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Falcon Finance" MMC -nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 446 min manat və ya 2,4 dəfə artıb.
Marja.az Təşkilatını maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "Falcon Finance"ın faiz gəlirləri 2023-cü ildə 1 milyon 547 min manat ikən, 2024-cü ildə 1 milyon 876 min manata yüksəlib (329 min manat və ya 21,3% artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 10 min manata yaxın artaraq 47 min manat təşkil edib.
Ötən il BOKT "Falcon Finance"ın maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaları 5,5 dəfə azalaraq təxminən 30 min manat təşkil edib (2023-cü ildə təxminən 165 min manat).
Ötən il BOKT "Falcon Finance" MMC inzibati və digər əməliyyat xərcləri 12,2 faiz azalaraq 702 min manat təşkil edib (2023-cü ildə 800 min manat).
Gəlirlərin artması, eyni zamanda maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat ayırmaların, inzibati və digər əməliyyat xərclərini azalması BOKT "Falcon Finance"ın mənfəətinin kəskin artmasını təmin edib.
BOKT "Falcon Finance" kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ilin yekunu ilə müqayisədə 546 min manat və ya 9,1% artaraq 31 dekabr 2024-cü il tarixində 6 milyon 532 min manata çatıb (31 dekabr 2023-cü il tarixində 5 milyon 986 min manat).
Hazırda 1 milyon manat nizamnamə kapitalına malik olan BOKT "Falcon Finance" 27 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Cəmiyyət Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. BOKT "Falcon Finance"ın əsas fəaliyyəti kreditlərin təqdim edilməsindən ibarətdir.
Bank Olmayan Kredit Təşkilatı "Falcon Finance" MMC-nin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatları – ƏTRAFLI
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)





