“PSG-Kapital İnvestisiya Şirkəti”nə yeni direktor təyin edilib
“PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin Səhmdarların Ümumi Yığıncağının Qərarına əsasən Fəxri Səttərov Rasim oğlu Şirkətin direktoru təyin edilib.
Bu barədə Marja.az-a “PSG-Kapital İnvestisiya Şirkəti”ndən bildirilib.
Qeyd edilib ki, o, bu vəzifədə Fərid Məmmədov Ruslan oğlunu əvəz edib. F.Məmmədov 2023-cü ilin iyunundan müvafiq vəzifədə çalışmışdı.
Əlavə edilib ki, Səttərov Fəxri Rasim oğlu 2012-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Ümumi iqtisadiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra 2013-2014-cü illlərdə magistr təhsilini London Kraliça Meri Universitetində Maliyyə menecmenti ixtisası üzrə davam etdirmişdir. Doktorantura pilləsi üzrə ali təhsilini hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ümumi İqtisadiyyat ixtisası üzrə davam etdirir.
Vurğulanıb ki, Səttərov Fəxri Rasim oğlu 2018-ci ildə Financial Risk Manager (FRM), 2019-cu ildə isə Chartered Financial Analyst (CFA) Beynəlxalq Maliyyə Sertifikatlarını əldə etmişdir.
Daha öncə 2015-2019-cu illərdə “United Enterprises Azərbaycan” MMC-də işləmişdir. 2019-cu ildən etibarən “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-də Direktor Müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, “PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci ildə təsis edilib. Şirkətin 6.25 mln. manatlıq nizamnamə kapitalının 100% səhmdarı Faiq Məmmədov adlı fiziki şəxsdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















