YIĞIM və Visa Azərbaycanda ilk dəfə Visa Token Service texnologiyasını işə saldı! ®

YIĞIM Payment System ölkədə ilk dəfə olaraq Visa Token Service (VTS) texnologiyasını internet ekvayrinq əməliyyatları üçün istifadəyə verir.
Bu, təkcə texnoloji yenilik deyil — bu, YIĞIM-ın dünya nəhəngi olan Visa ilə əməkdaşlıq edərək Azərbaycanda belə bir qabaqcıl layihəni bazara ilk dəfə çıxarması ilə xüsusi əhəmiyyət daşıyır. Layihə onlayn ödənişlərin təhlükəsizliyini və istifadəçi rahatlığını yeni səviyyəyə qaldırmaqla sektorda əsl inqilab yaradır.
Visa Token Service (VTS) nədir?
Visa Token Service – qlobal rəqəmsal ödənişlər lideri Visa şirkəti tərəfindən hazırlanmış qabaqcıl texnologiyadır. Bu texnologiya ödəniş kartının məxfi məlumatlarını unikal rəqəmsal identifikator – token ilə əvəz edir.
Tokenlər onlayn ödənişlər üçün, o cümlədən abunəlik ödənişləri üçün istifadə olunur. Bu texnologiya kart məlumatlarını satıcılardan və üçüncü tərəflərdən gizlədir. Beləliklə, müştərilərin məxfi məlumatları qorunur və fırıldaqçılıq və məlumat sızması riski əhəmiyyətli dərəcədə azalır.
Bu necə işləyir?
1. Müştəri tokenləşmə texnologiyasını dəstəkləyən vebsayt və ya tətbiq vasitəsilə alış-veriş edir.
2. Saxlanılan kart nömrəsi Visa sistemi tərəfindən yaradılmış unikal tokenlə əvəz olunur. Bu tokenlərin təhlükəsiz saxlanmasına və yalnız həmin tərəfdaş tərəfindən qəbul edilməsinə şərait yaradır.
3. Token tranzaksiyanın həyata keçirilməsi üçün istifadə olunur, beləliklə, real kart nömrəsinin satıcıya ötürülməsinə ehtiyac qalmır.
4. Token itirildikdə və ya ələ keçirildikdə, üçüncü şəxslər ondan istifadə edə bilməzlər.
VTS texnologiyasının internet ekvayrinqi üçün istifadəyə verilməsi, YIĞIM Payment System-in innovasiyalara və qlobal ödəniş texnologiyaları liderləri ilə əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir. İndi bizimlə əməkdaşlıq edən bizneslər müştərilərinə daha təhlükəsiz və etibarlı onlayn ödəniş imkanları təqdim edə biləcəklər.
YIĞIM Payment System öz tərəfdaşlarına Visa Token Service texnologiyasını istəyə əsasən aktiv və ya passiv rejimdə istifadə etmək imkanı verir. Bu yanaşma texnologiyanın konkret biznes ehtiyaclarına uyğunlaşdırılmasına imkan yaradır. Bu isə daha çox uğurlu ödənişin baş tutmasına səbəb olur, çünki tərəfdaşlar prosesi sınaqdan keçirə və optimallaşdıra bilirlər, nəticədə isə müştərilər üçün maksimal rahatlıq təmin olunur.
“Visa-nın innovativ VTS texnologiyasını müştərilərimizə təqdim etməkdən məmnunuq. Bu, Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm addımdır. Qürur hissi ilə qeyd edirik ki, bu texnologiyanı ölkədə ilk dəfə məhz YIĞIM Payment System Visa ilə birgə bazara təqdim edir. Əminik ki, bu xidmət YIĞIM Payment System istifadəçiləri üçün onlayn ödənişləri daha təhlükəsiz və rahat edəcək,” – deyə YIĞIM Payment System direktoru Vüqar Cəfərov bildirib.
“Azərbaycanda nağdsız iqtisadiyyatın inkişafı şirkətimiz üçün strateji prioritetdir. Biz qürur hissi ilə deyə bilərik ki, YIĞIM ilə birlikdə Visa kart sahiblərinə qabaqcıl tokenləşdirmə texnologiyasını təqdim edirik. Əminəm ki, bu xidmət tərəfdaşlarımıza və müştərilərimizə gündəlik alış-verişlərini daha rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirməyə kömək edəcək,” – deyə Visa-nın Azərbaycandakı regional meneceri Nurlan Hacıyev bildirib.
YIĞIM Payment System – Azərbaycanda ilk olaraq beynəlxalq PCI DSS təhlükəsizlik sertifikatını almış, innovativ ödəniş həlləri təqdim edən aparıcı fintex şirkətidir. 2017-ci ildən fəaliyyət göstərən YIĞIM Payment System, bazar lideridir və Bolt Taxi, Bolt Food, Wolt, Uber, Yango, Hilton, Fairmont, Hertz, Wingz Scooter və s. daxil olmaqla 300-dən çox yerli və beynəlxalq şirkətdən ödənişləri qəbul edir.
Şirkətin missiyası – ölkədə nağdsız iqtisadiyyatın inkişafına töhfə verən rahat, etibarlı və təhlükəsiz rəqəmsal ödəniş ekosisteminin yaradılmasıdır. Əsas fəaliyyət istiqamətləri onlayn və mobil ödənişlər üçün qabaqcıl texnologiyaların inteqrasiyası, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, tranzaksiyaların maksimal təhlükəsizliyinin təmin olunması və fintex sahəsində innovasiyaların dəstəklənməsidir.
! Xəbər reklam hüququ əsasında yayımlanıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 9 d. əvvəl
-
19 d. əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
22 d. əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
35 d. əvvəl
"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"
-
44 d. əvvəl
"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"
-
1 saat əvvəl
Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək
-
1 saat əvvəl
Çinin BYD şirkəti Azərbaycan bazarında 2 rəsmi nümayəndə ilə təmsil olunur
-
1 saat əvvəl
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb
- 2 saat əvvəl
Son Xəbərlər

"Kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin , nə də örüş kimi yararlı deyil"

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək

Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb

Rəsmi məzənnələr açıqlandı

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir
