“PAŞA Bank” Visa-nın xüsusi mükafatı ilə təltif olundu ®
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Visa beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiq görülüb.
Bu mükafat Banka “Tap to Phone” texnologiyasının istifadəsi və “PASHA Private Banking” müştəriləri üçün xüsusi kartların təqdimatı ilə ölkədə ödəniş sisteminin inkişafına töhfəsinə görə təqdim edilib. Mükafatlandırma prosesi 24–25 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq, eləcə də Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə ekspert qruplarının görüşündə baş tutub.
Qeyd edək ki, “Tap to Phone” (mPOS) məhsulu smartfonları POS terminalına çevirərək sahibkarlara Android cihazları üzərindən təhlükəsiz və sürətli ödəniş qəbul etməyə imkan verir. Fiziki terminala ehtiyac olmadan həyata keçirilən bu ödənişlər, lazım olduqda, fiskal kassa cihazı ilə inteqrasiya edilərək e-qəbzin vergi orqanlarına ötürülməsini də təmin edir.
“Horizon” və “Heritage” eksklüziv kartları isə fərdi bankçılıq xidmətləri, premium tədbirlərə çıxış, öncədən sifariş imkanı və “Miles and Smiles” çərçivəsində millər toplamaq kimi üstünlüklər təqdim edir. Kart sahibləri və onların ailələri həmçinin “Fast Track”, “Lounge Key” və “Air Transfer” xidmətlərindən yararlana bilirlər.
Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində rəqəmsal bankçılıq və biznes xidmətləri sahəsində mühüm uğurlara imza atıb. Belə ki, 2024-cü ildə “SME Banking Agency” bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. Eyni ildə Bank “Euromoney” jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “International Investor” jurnalı tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə “Azərbaycanın ən yaxşı bankı” seçilməsi də yer alır.
! Bu məlumat tərəfdaşlıq əsasında yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)








.jpg)
