"Yapı Kredi Bank Azərbaycan" və "Mastercard" arasında regionda ilk “Mastercard Wholesale Program” əməkdaşlığı imzalandı ®
Bu strateji əməkdaşlıq səyahət sənayesi sahəsində B2B ödənişlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və optimizasiyası məqsədini daşıyır. "Yapı Kredi Bank Azərbaycan" dünyanın istənilən ölkəsində fəaliyyət göstərən səyahət agentliklərinə onlayn platforma üzərindən xidmət göstərmək imkanına sahib olacaqdır"Yapı Kredi Bank Azərbaycan" QSC və "Mastercard" arasında regionda ilk dəfə həyata keçiriləcək "Mastercard Wholesale Program" çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbir 21 May 2025-ci il tarixində "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Baş Ofisində keçirilib və hər iki tərəfin rəhbər heyətinin iştirakı ilə baş tutub.
Bu strateji əməkdaşlıq səyahət sənayesi sahəsində B2B ödənişlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və optimizasiyası məqsədini daşıyır. Layihə tamamlandıqdan sonra "Yapı Kredi Bank Azərbaycan" dünyanın istənilən ölkəsində fəaliyyət göstərən səyahət agentliklərinə onlayn platforma üzərindən xidmət göstərmək imkanına sahib olacaqdır. Bu isə, Azərbaycan bank sektorunun turizm və texnologiya sahəsində beynəlxalq miqyasda atdığı mühüm bir addım kimi qiymətləndirilir.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin Satış və Marketinq üzrə Baş Direktorun müavini Sinan Ağırbaş layihə ilə bağlı qeyd edib:
"Bu əməkdaşlıq ölkədə rəqəmsal ödəniş texnologiyalarının inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, səyahət sektorunda fəaliyyət göstərən şirkətlər üçün daha çevik və əlçatan maliyyə həlləri təklif etməyə imkan yaradacaq."
"Mastercard"ın Azərbaycan və Türkiyə üzrə Baş Meneceri Hüsnü Avşar Gürdal isə qeyd edib:
"Mastercard Wholesale Program vasitəsilə səyahət agentliklərinə rəqəmsal, sürətli və avtomatlaşdırılmış ödəniş həlləri təqdim edirik. "Yapı Kredi Bank Azərbaycan" QSC ilə bu sahədə regionda ilk əməkdaşlığa imza atmaqdan qürur duyuruq. Bu proqramın əsas məqsədi, səyahət sektorunda fəaliyyət göstərən tərəfdaşların ödənişlərini virtual kart infrastrukturu vasitəsilə həyata keçirmələrinə dəstək olmaqdır. "Mastercard" olaraq təqdim etdiyimiz sürətli, problemsiz və təhlükəsiz rəqəmsal ödəniş təcrübəsinə bu yeni proqramla töhfə verməkdən böyük məmnunluq duyuruq."
Layihə çərçivəsində "Yapı Kredi Bank Azərbaycan" QSC, "Mastercard" tərəfindən təqdim edilən texnoloji imkanlardan istifadə edərək həm yerli, həm də beynəlxalq B2B travel ödənişlərini rəqəmsal platforma üzərindən idarə edəcək. Bu yanaşma, ödəniş prosesində şəffaflığı, izlənə bilənliyi və sürəti artıraraq tərəfdaş agentliklər üçün əhəmiyyətli üstünlüklər yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 25 d. əvvəl
-
28 d. əvvəl
Dövlət Neft Fondunun səhm gəlirləri 3 ayda 1 milyard dollardan çox artıb
-
41 d. əvvəl
Türkiyədə Azərbaycan vətəndaşlarına mənzil satışı artıb - 11 AYDA 831 MƏNZİL
-
48 d. əvvəl
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycanda elektron siqaretlər qadağan olunur
"Caucasus Auto"nun Bakıda yeni Baş ofisi açıldı
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
Ən çox oxunanlar
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti









.jpg)










.jpg)

