Expressbank Vətən Müharibəsi iştirakçılarının övladları üçün tədbir keçirdi
Expressbank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 44 Günlük Vətən Müharibəsi şəhidlərinin və qazilərinin övladlarını bir araya toplayıb.
Expressbank Vətən Müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsinin 5-ci ildönümünə həsr olunan “Suverenliyin varisləri” adlı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Şəhid və qazilərin övladları üçün əyləncəli və maarifləndirici tədbir təşkil edib.
Tədbir Şəhidlərimizin ruhuna ehtiram bildirən bir dəqiqəlik sükut və ardınca Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Layihə çərçivəsində uşaqlar üçün rəngarəng əyləncə proqramı və maarifləndirici seminar keçirilib. Belə ki, Bankın Korporativ Hüquq şöbəsinin rəhbəri Hafiz Bədəlov tədbir iştirakçılarına “Uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi yolları” haqqında ətraflı məlumat verib.
Tədbirin yekununda uşaqlara Bank tərəfindən müxtəlif hədiyyələr, habelə milli-mənəvi dəyərlər mövzusunda maarifləndirici kitab dəsti hədiyyə edilib.
Bank tərəfindən verilən məlumatda bildirilib ki, tədbirdə 100-ə yaxın iştirakçı olub.
Qeyd edək ki, Expressbank hər zaman dövlətimizin mövqeyini örnək götürərək Şəhid övladlarına yönəlik tədbirlərdə aktiv dəstək göstərib. Belə ki, ötən ilin oktyabr ayında YAŞAT fondu tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə təşkilatçılıqla həyata keçirilən “Xeyriyyə Yarmarkası”nda şəhid övladlarının təhsili üçün 30 000 AZN ianə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


