Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
Yerli dəyərləri qoruyaraq qlobal uğurlar qazanan METAK, bu il də “Deloitte” beynəlxalq audit şirkətinin təşkil etdiyi “Best Managed Companies Azerbaijan 2025” müsabiqəsinin qalibi oldu. Şirkətimiz ardıcıl dördüncü dəfə bu nüfuzlu mükafata layiq görülməklə ölkə tarixində nadir bir nailiyyətə imza atdı.
Bu dəfəki uğurumuz isə xüsusilə əlamətdardır — METAK, “Qızıl Qalib” nominasiyası ilə təltif edilən Azərbaycanın ilk şirkəti oldu. Bu mükafat, uzunmüddətli və məqsədyönlü idarəetmə strategiyamızın, güclü liderlik modelimizin və dayanıqlı inkişaf siyasətimizin beynəlxalq səviyyədə təsdiqidir.
Strateji planlaşdırma, liderlik, insan kapitalının inkişafı və maliyyə idarəetməsi sahələrində əldə etdiyimiz yüksək nəticələr, bu prestijli qiymətləndirmə ilə bir daha sübut olundu. Nüfuzlu beynəlxalq münsiflər heyəti, bu sahələrdə göstərdiyimiz davamlı uğurları yüksək qiymətləndirib.
METAK olaraq biz 28 illik fəaliyyətimizdə həm “Made in Azerbaijan” brendinə, həm də innovativ idarəetmə mədəniyyətinə verdiyimiz dəyərlərlə seçilmişik. Bu gün 37 ölkədə həyata keçirilən “Best Managed Companies” proqramında Azərbaycanın dördqat qalibi kimi iştirak etməyimiz, ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etdiyimizi nümayiş etdirir.
Bu uğur yalnız METAK komandasının deyil, bütövlükdə Azərbaycan biznes sektorunun inkişafına verilmiş dəyərin göstəricisidir. İrəliyə doğru atdığımız hər addımda, ölkəmizin adını qürurla daşımağa davam edəcəyik.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















