“Grand Agro” ilə FAO arasında irimiqyaslı beynəlxalq layihə davam edir
Layihənin Bakı və Abşeron yarımadası ərazisində torpaqlardan səmərəli istifadə, yaşıllıqların artırılması, bağ, meşə və parkların salınması komponentləri yüksək qiymətləndirilib.
“Grand Agro” MMC ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Əməkdaşlıq Ofisi arasında rəhbər heyət səviyyəsində Nasar Hayat və Azər Aslanov iştiraki ilə görüş keçirilmişdir.
11 iyun 2025-ci il tarixində FAO-nun Bakı ofisində baş tutan görüşdə “Grand Agro” MMC-nin 2024-cü ildən qoşulduğu beynəlxalq layihənin hazırkı icra mərhələsi, görülmüş işlər və qarşıdakı dövrdə nəzərdə tutulan tədbirlərin yol xəritəsi müzakirə edilmişdir.
Artıq bir ildir ki, Qlobal Ekoloji Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilən “Torpaq Deqradasiyası Neytrallığına Nail Olmuş Azərbaycana Doğru” layihəsi çərçivəsində davam edən əməkdaşlıq formatına uyğun keçirilən görüşdə FAO-nun ölkə ofisinin rəhbərinə “Grand Agro” MMC-nin məqsədləri, fəaliyyəti və hazırda həyata keçirdiyi işlər barədə geniş məlumat təqdim edilmişdir.
Layihənin Bakı və Abşeron yarımadası ərazisində torpaqlardan səmərəli istifadə, yaşıllıqların artırılması, bağ, meşə və parkların salınması komponentləri yüksək qiymətləndirilmiş, “Grand Agro” MMC-nin bu istiqamətdə layihəyə mühüm töhfələr verə biləcəyi vurğulanmışdır. Həmçinin, bu əməkdaşlığın yalnız layihə çərçivəsi ilə məhdudlaşmayaraq, digər sahələrdə də davam etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılmışdır.
Hər iki təşkilat, növbəti görüşün yaxın zamanda “Grand Agro” MMC-nin istehsalat və əkin sahəsində daha geniş formatda keçirilməsini dəstəkləmişdir.
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
11 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
-
11 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
13 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 14 saat əvvəl
-
14 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 15 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
