Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılıb
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında bərpa və konservasiyanın aparılması ilə bağlı müqavilə imzalanıb.Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib.
Qeyd olunub ki, Möminə xatın türbəsinin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Nəticələr barədə nazirliyə müvafiq sənədlər təqdim olunub.
Həsən Seyidov mədəniyyət işçiləri adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə mədəni irsimizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
“Atelier Erich Pummer GmbH” Şirkətinin rəhbəri Erich Pummer çıxış edərək abidənin mövcud vəziyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Hacı Fəxrəddin Səfərli çıxış edərək Möminə xatun türbəsinin tarixi əhəmiyyətindən, bərpa və konservasiya olunmasının vacibliyindən danışıb, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı düşüncələrini bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” Şirkəti arasında bərpa və konservasiyanın aparılması ilə bağlı müqavilə imzalanıb.
Media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyev cari il mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















