“OBA” marketlər şəbəkəsi dünyanın tanınmış təşkilatına üzv oldu
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi dünyanın aparıcı istehlak malları istehsalçıları və pərakəndə satış şirkətlərini bir araya gətirən, CEO-lar tərəfindən idarəolunan qlobal təşkilat olan “The Consumer Goods Forum”a (CGF) üzv olub.
70-dən çox ölkədən üzvləri olan bu qurumun əsas məqsədi istehlak malları sənayesində müsbət dəyişikliklərə təkan vermək və birlikdə fəaliyyət göstərməyi təşviq etməkdir. Bu dəfə Niderlandın paytaxtı Amsterdamda keçirilən CGF-in iclasında “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova heyəti iştirak edib.
CGF-in əsas vəzifəsi, insanlara, ətraf mühitə və biznes proseslərinə təsir edən qlobal problemləri birlikdə həll etmək üçün şirkətləri birləşdirməkdir. Təşkilatın diqqət mərkəzində qida təhlükəsizliyinin artırılması, ətraf mühitə təsirin azaldılması, sağlam həyat tərzinin təşviqi, insan hüquqlarının qorunması və təchizat zəncirinin şəffaflığının artırılması kimi sahələr dayanır.
CGF şirkətlərin ortaq hədəflər ətrafında bir araya gəlməsinə, təcrübə mübadiləsinə və davamlı inkişaf üçün sənaye standartlarının formalaşmasına şərait yaradır. Bu platforma vasitəsilə üzv şirkətlər həm bir-birilərindən öyrənir, həm də məsuliyyətli və davamlı biznes modelləri qururlar.
Qonşu market konsepsiyasını hazırki fəaliyyətində prioritetə çevirən “OBA” marketlər şəbəkəsinin CGF-ə üzvlüyü marketlər şəbəkəmizin gələcək inkişafına böyük fürsətlər yaradacağına əminik.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi artıq 3 ildən çoxdur ki, diskaunt market konsepsiyasından “qonşu market” modelinə keçid edib. Bununla yanaşı, tədarük zəncirinin keyfiyyətli idarəolunması üçün mərkəzi anbar sistemindən başlayaraq istehsalçılarda keyfiyyət standartlarının tətbiqinədək bir sıra mühüm və məzmunlu layihələr həyata keçirilib. Dünyanın tanınmış şirkətlərinin üzv olduğu “The Consumer Goods Forum” strateji hədəflərin daha yüksək fonda davam etdirildiyinin göstəricisidir.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC hazırda 1600-dən çox marketi və 10 000-ə yaxın əməkdaşı ilə vətəndaşlara xidmət göstərir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















