Azərbaycanın cari balansında böyük azalma
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 35 % azalıbBu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 1,1 milyard ABŞ dolları olub.
Bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfrasında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35 % azdır.
"Profisitin formalaşmasında xarici ticarət və təkrar gəlirlər balansı əsas rol oynayıb. Belə ki, xarici ticarət balansında 2,4 milyard ABŞ dolları, təkrar gəlirlər balansında isə 0,1 milyard ABŞ dolları profisit formalaşıb", - deyə o qeyd edib.
Azərbaycandan I rübdə 1 milyard dollardan çox kapital axını olub
Bu ilin I rübündə Azərbaycanın maliyyə hesabının mənfi saldosu (ölkədən kapital axını) təxminən 1,2 milyard ABŞ dolları təşkil edib.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 % azdır.
"Kəsir əsasən ölkənin xarici maliyyə aktivlərinin 1,2 milyard dollara yaxın artması, xalis maliyyə öhdəliklərinin isə 45 milyon dollar azalması ilə bağlıdır. Bu da növbəti dövrlərdə ölkənin əlavə faiz gəlirləri qazanacağını göstərir", - deyə AMB rəsmisi qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 d. əvvəl
- 13 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
1 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ən çox oxunanlar
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
BYD Tesla-nı geridə qoydu





















