Naxçıvanda avtomobil yolları əsaslı təmir edilir
Dövlət Proqramı çərçivəsində uzunluğu 18 kilometrdən çox olan avtomobil yolları əsaslı təmir edilir“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində cari ildə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilib.
Belə ki, Naxçıvan şəhərinin Əliabad qəsəbədaxili, Şərur rayonunun Təzəkənd, Kəngərli rayonunun Xok və Şahtaxtı Gömrük avtomobil yollarında işlər yekunlaşdırılıb.
Təmir zamanı yol əsası yenidən tikilib, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına beton kanal çəkilib, su keçidləri inşa edilib. Avtomobillərin rahat hərəkəti üçün asfalt örtüyü salınıb.
Hazırda uzunluğu 6,8 kilometr olan Ordubad rayon Aza - Darkənd, uzunluğu 5,2 kilometr olan Şərur şəhərdaxili və uzunluğu 6,2 kilometr olan Babək rayon Nəhəcir-Göynük kənddaxili avtomobil yollarında işlər davam etdirilir.
Tender mərhələsində olan yollarda vardır ki, həmin proses yekunlaşdıqdan sonra Naxçıvan şəhərinin bir neçə küçəsində və Muxtar respublikanın digər rayon və kənd yollarında da təmir işləri aparılacaq.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















