Naxçıvanda 341 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası davam etdirilir. İlkin olaraq Naxçıvanda aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş və sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğu dəstəklənir. Proqram çərçivəsində vətəndaşlara təqdim olunan dəstək natura formasında-mal, material və digər istehsal vasitələri şəklində verilir. Ailə və fərdlər təsdiq olunmuş biznes planlarına əsasən kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə müvafiq aktivlərlə təmin olunurlar.
Regionun xüsusiyyətləri nəzərə alınmaqla, 2024-cü il üçün kənd təsərrüfatı və istehsal-xidmət sahələri üzrə ümumilikdə 500 kvota müəyyən edilmiş, lakin vətəndaşların müraciətləri və ehtiyacları nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlavə 500 kvotada ayrılaraq özünüməşğulluq proqramı çərçivəsində 2023-2024-cü illər ərzində aktivlər üzrə ümumi kvota 1000-ə çatdırılıb. Cari il üçün isə ilkin əsasda 615 nəfərin (605-i kənd təsərrüfatı, 10-u istehsal-xidmət üzrə) proqramla əhatə olunması nəzərdə tutulub.
2023-cü ildən 2025-ci ilin 1 iyun tarixinədək ümumilikdə 1737 nəfər özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Onlardan 556 nəfəri istehsal-xidmət, 1181 nəfəri isə kənd təsərrüfatı zərflərindən faydalanıb. Təkcə 2025-ci ilin yanvar-may ayları ərzində 341 nəfərə (225 kənd təsərrüfatı, 116 istehsal-xidmət) aktivlər verilib. Aktiv alanlardan 35 nəfəri əlilliyi olan şəxslərdir.
Eyni zamanda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədi ilə özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Səyyar kofe evləri” layihəsi çərçivəsində işsiz, barista sahəsində çalışmaq istəyən, Naxçıvan şəhəri, Şahbuz, Şərur və Ordubad rayonlarından olan 5 nəfərə səyyar kofe satışını təşkil etmək üçün zəruri aktivlər təqdim edilib. Regionun xüsusiyyətləri nəzrə alınmaqla 45 kənd təsərrüfatı istiqamətli avadanlıqların yaxın günlərdə vətəndaşlara təqdim edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, özünüməşğulluq proqramının icrası istiqamətində həyata keçirilən tədbirlər, 2025–2027-ci illəri əhatə edən Təfsilatlı Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra səlahiyyətləri çərçivəsində həyata keçirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















