Taxıl sahələrinin 74,4 faizində biçin başa çatıb, 2,3 milyon ton məhsul yığılıb
Bu günədək 691 min 928 hektar sahədə biçin aparılıb, sahələrdən 2 milyon 336 min 704 ton məhsul yığılıbRespublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 74,4 faizində biçin başa çatıb.
Mövsüm ərzində 691 928 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 336 704 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 299 401 hektar buğda, 392 527 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 092 309 ton buğda, 1 244 394 ton arpa yığılıb. Buğda sahələrinin 60,5 faizində, arpa sahələrinin isə 90,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,5 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.
Artıq Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Lənkəran, Masallı, Salyan, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 22 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda, 38 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.
Hazırda biçin prosesində 1 153 kombayn iştirak edir. Bunlardan 439 kombayn “Aqroservis” ASC-nin, 714 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (57 kombayn), Qəbələ (54 kombayn), Oğuz (50 kombayn), Xaçmaz (49 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
- 31 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR























