Sərhəd sığorta müqavilələrinin onlayn və sadələşdirilmiş rəsmiləşdirilməsi üçün yeni platforma istifadəyə verdildi
İcbari Sığorta Bürosu sərhəd sığorta müqavilələrinin onlayn və sadələşdirilmiş rəsmiləşdirilməsi üçün yeni “www.tpl.az” platformasını istifadəyə verdi.Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən yeni www.tpl.az onlayn platforması istifadəyə verilib.
Büronun yaydığı məlumatda bildirilir ki, yeni sistemin yaradılmasında məqsəd sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir.
Yeni sistem istifadəçilərə sərhəd sığorta müqaviləsini Azərbaycan Respublikasına daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada ödənişi həyata keçirir.
Platformanın əsas üstünlükləri:
Sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı;
İstifadəçinin rahatlığına uyğunlaşdırılmış funksionallıq
Sığorta şirkətləri arasında seçim imkanı;
Müqavilənin real vaxt rejimində yoxlanılması.
Yeni platformanın fəaliyyəti ilə bağlı xarici vətəndaşların maarifləndirilməsi istiqamətində işlərə başlanılıb.
Platforma Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)

