
Azərbaycan tikinti sənayesində bir ilk!
METAK şirkətinin təsisçisi Alik Kərimov: “Bu proqramın müəssisəmizin fəaliyyətinə və məhsuldarlığına verdiyi müsbət təsir artıq hiss olunur".
11 iyul 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum təşkil olunmuşdur.
Forumda dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və yerli sahibkarlar iştirak etmişlər.
Forum çərçivəsində ölkəmizdə ilk dəfə həyata keçirilən “Sənaye 4.0-a Hazırlıq Proqramı”nın pilot mərhələsi ilə bağlı təqdimatda, yerli sənaye müəssisələrində rəqəmsal transformasiyanın tətbiqi istiqamətində görülən işlər qonaqların diqqətinə çatdırılıb.
Layihənin pilot mərhələsinə seçilən sənaye müəssisələri rəqəmsal transformasiyanın tətbiqi istiqamətində beynəlxalq təcrübəyə malik “McKinsey & Company” konsaltinq şirkəti ilə əməkdaşlıq etmiş və bu əməkdaşlıq çərçivəsində hər bir müəssisə üçün yol xəritəsi hazırlanmışdır.
Pilot mərhələnin icrası üçün seçilmiş müəssisələrdən biri olan METAK şirkəti bu prosesə fəal şəkildə qoşulmuş, artıq zavodda rəqəmsal transformasiyanın tətbiqinə başlanılmışdır.
METAK-ın pilot müəssisə kimi seçilməsi təsadüfi deyil. Bu qərar, şirkətin 28 illik sənaye təcrübəsi, insan resurslarının səmərəli idarə olunması sahəsindəki uğurlu fəaliyyəti, eləcə də rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün mövcud olan ilkin texnoloji bazası nəzərə alınaraq verilib.
METAK şirkətinin təsisçisi Alik Kərimov forumdakı çıxışında: “Bu proqramın müəssisəmizin fəaliyyətinə və məhsuldarlığına verdiyi müsbət təsir artıq hiss olunur. Ölkədə bu sahədə ilk şirkətlərdən biri olmaq bizim üçün həm böyük məsuliyyət, həm də güclü motivasiyadır.”
METAK şirkəti öz fəaliyyətini həm yerli, həm də beynəlxalq səviyyədə “Made in Azerbaijan” brendi altında uğurla davam etdirir və ölkə sənayesində innovasiya yönümlü yanaşması ilə hər zaman seçilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
6 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
6 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 6 saat əvvəl
-
6 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 7 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
