Azərbaycanda ilk: İsti yayma yastı polad çubuqları istehsalına və Böyük Britaniyaya fiqurlu yayma ixracına başlandı
Azərbaycanda ilk dəfə isti yayma yastı polad çubuqları istehsalına, eyni zamanda Böyük Britaniya ilə İrlandiyaya fiqurlu yayma ixracına başlanıb.
“STP Şirkətlər Qrupu” ilə “Almet Holding” (Holdingin törəmə müəssisəsi “ASPM” MMC) arasında əməkdaşlıq çərçivəsində, Azərbaycanda ilk dəfə olaraq isti yayma yastı polad çubuqları istehsalına başlanılıb. Hazır məhsulun daşınması isə “ADY Express”in dəstəyi ilə təmin edilib.
Eyni zamanda, fiqurlu yayma digər növlərinin – kvadrat və dairəvi çubuqların – kütləvi istehsalına start verilib. Texniki sınaq və sertifikatlaşdırma prosedurlarının tamamlanmasından sonra Azərbaycan tarixində ilk dəfə bu növ məhsulun Böyük Britaniya və İrlandiyaya, o cümlədən Belfast şəhərinə ixracı həyata keçirilib.
Cari ilin əvvəlindən etibarən “ASPM” şirkəti istehsal etdiyi dəyəri 5 milyon manatdan artıq olan metal məhsullarını ixrac edib. Yeni çeşid məhsulların – o cümlədən isti yayma yastı polad çubuqları – istehsalına başlanması ilə şirkət daha yüksək əlavə dəyərə malik məhsulların ixracına başlayır və növbəti 12 ay ərzində ümumi ixrac gəlirinin 17 milyon manatı ötəcəyini proqnozlaşdırır.
Bu nailiyyətin əldə olunması aşağıdakı strateji əhəmiyyəti daşıyır:
• Azərbaycanda istehsal olunmuş yeni metal məhsul kateqoriyası ilə beynəlxalq bazara çıxış əldə edib;
• Ölkə tarixində ilk dəfə isti yayma yastı polad çubuqları istehsalı lokallaşdırılıb;
• Məhsulun beynəlxalq keyfiyyət standartlarına və Avropa bazarlarının tələblərinə uyğunluğu təsdiqlənib.
Almet Holding nümayəndələrinin sözlərinə görə, bu addım ölkənin qeyri neft sektorunun inkişafı və ixrac potensialının gücləndirilməsi üzrə uzunmüddətli strategiyanın bir hissəsidir.
Yaxın perspektivdə şirkət ixrac coğrafiyasını genişləndirərək Qərbi Avropa, Afrika və Yaxın Şərq bazarlarına çıxmağı planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 14 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)


.jpg)

