“Bankların 3-4 faiz xərcləri çıxacaq. Kredit faizləri də 3-4 faiz düşə bilər”
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda ilk dəfə olaraq 1 avqust 2025-ci il tarixindən etibarən banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur. Proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc olunacaq. Hedc olunmuş vəsait mikro, kiçik və orta sahibkarlıq subyektləri, ailə-kəndli təsərrüfatları və özünüməşğul əhalinin kredit və lizinq vasitəsilə maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bütün banklar və bank olmayan kredit təşkilatları bu imkandan istifadə edə biləcəklər. Lakin hər bir bank üçün limit (hedc olunacaq məbləğ) bankın məcmu kapitalından və ya maliyyələşdiriləcək sahədəki portfelinin məbləğindən asılı olacaq:
“Limit bankın məcmu kapitalının 5%-i və ya mikro, kiçik və orta sahibkarlıq üzrə portfelinin 20 faizi qədər ola bilər. Əgər, bütün banklar limitlərindən istifadə etsələr, cəmi hedc olunacaq məbləğ 600 milyon dollar təşkil edər”.
Taleh Kazımov, “Biz sabit məzənnə rejimini dəstəkləyirik, bu sahədə hər hansı planımız yoxdur” deyərək çıxışına belə davam edib:
“Nəzərə alsaq ki, biz sabit məzənnə rejimindəyik, hər hansı yüksək kredit və bazar riski yoxdur. Banklar bu alətdən istifadə edərkən müddətdən asılı olaraq 3-4 faiz xərcləri çıxacaq. Yeni hedc alətinin kredit faizlərinə də təxminən 3-4 faiz azaldıcı təsir göstərəcəyini gözləyirik”.
Mərkəzi Bankın sədri əlavə edib ki, gələn həftə kommersiya banklarının sədrləri ilə görüşərək, hedc olunacaq vəsaitin istehlak kreditlərinə yönəldilməsinin qarşısının alınması məsələsini müzakirə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 d. əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
19 d. əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
-
- 23 d. əvvəl
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
1 saat əvvəl
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
-
2 saat əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
2 saat əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
2 saat əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
2 saat əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
Yeni il ərəfəsində VTB Azərbaycan ilin sonuna qədər nağd kreditlər üzrə faiz dərəcələrini endirdi!
Ən çox oxunanlar
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
Qızılın bahalaşması yenidən sürətlənib
Rəsmi məzənnələr açıqlandı











.jpg)










.jpg)


