Abşeron və Xırdalanda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlər ilə bağlı açıqlama
Azərbaycanda Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir.
Bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə bəzi hallarda bələdiyyə sənədləri mövcud olsa da, çoxsaylı məhəllələr faktiki olaraq kənd təsərrüfatı təyinatlı torpaqları kimi təsnif edilir:
“Yeni qanun layihəsində tikintinin aparıla biləcəyi hallar və növlər müəyyənləşdirilib, lakin bu qaydalar fərdi yaşayış evlərinə aid deyil. Buna görə də, kənd təsərrüfatı təyinatlı torpaqları üzərində inşa edilmiş tikililərlə bağlı yanaşma daha ciddi və fərqli olmalıdır”.
N. Alimova əlavə edib ki, torpaq kateqoriyaları qanuna uyğun olaraq dəyişdirildikdən sonra Abşeron yarımadasında massivləşmiş fərdi yaşayış evləri olan məhəllələrdə sənədləşdirmə prosesi mümkün olacaq:
“Fərdi yaşayış evlərinin yerləşdiyi massivlərdə hüquqların rəsmiləşdirilməsi üçün zəruri dəyişikliklər edildikdən sonra qeydiyyat həyata keçiriləcək”.
Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib.
© “Report”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















