Zəfər Parkı və Port Baku yaxınlığında yeni lüks “Avenue 8” layihəsinə start verildi
İyulun 22-də, JW Marriott otelində, Bakı şəhərinin memarlıq panoramasına yeni nəfəs gətirəcək “Avenue 8” premium yaşayış layihəsinin rəsmi təqdimat mərasimi baş tutub.
Tədbirdə media nümayəndələri, sənaye ekspertləri, biznes tərəfdaşları ilə yanaşı, yerli və xarici qonaqlar da iştirak edib.
Bakı buxtasına panoramik mənzərəsi olan, Port Baku Walk və Zəfər Parkı ilə əhatələnmiş “Avenue 8” təkcə yaşayış məkanı deyil, paytaxtın yeni urban simvolu kimi mövqeyini gücləndirməyə iddialıdır.
Layihə Avant Group və Moonwake Investment tərəfindən həyata keçirilir. PAŞA Bank isə layihənin rəsmi maliyyə tərəfdaşıdır.
2010-cu ildən fəaliyyət göstərən və bu günə qədər 1.1 milyon m²-dən artıq tikinti portfelinə sahib olan Avant Group, son illərdə Gürcüstan və Özbəkistan bazarlarında da fəallığını artırır.
Avant Group-un Direktorlar Şurasının sədri Əli Hüseynov çıxışında bildirib:
“Avenue 8 – bu, sadəcə yaşayış binaları deyil, bu, şəhərin ruhunu əks etdirən konseptual həyat fəlsəfəsidir. 144 metrlik bu memarlıq incisi Bakının estetik ruhunu təcəssüm etdirir.”
Layihənin fərqləndirici xüsusiyyətləri barədə danışan şirkətin Biznesin İnkişafı və Marketinq direktoru Rüfət Abdullayev qeyd edib ki:
“Avenue 8-in mənzilləri 4.5 metrlik tavan hündürlüyünə malik olacaq, tam şüşəli fasadlar, zərif dizaynlı lobbilər və co-working zonaları müasir şəhər həyatına yeni standartlar gətirəcək. Binanın 30-cu mərtəbəsində Sky Lounge və Rooftop Pool zonaları, 25 metrlik qapalı hovuz, eləcə də spa, fitness və padel kortları rezidentlərə tam fərqli bir həyat tərzi vəd edir.”
Əlavə olaraq, layihənin qarşısında 5000 m²-lik yaşıllıq və ictimai park zonası salınacaq ki, bu da şəhərin mərkəzində təbiətə açılan nadir bir məkana çevriləcək.
Tədbir çərçivəsində PAŞA Bank və Avant Group arasında strateji əməkdaşlığı təsdiqləyən rəsmi Anlaşma Memorandumu da imzalanıb. PAŞA Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bu tərəfdaşlığın hər iki tərəf üçün dəyər yaradacağını və sektorun daha geniş inkişafında rol oynayacağını vurğulayıb.
https://maps.app.goo.gl/7dfR7CwAgAe6iQpK9
https://www.instagram.com/avenue8.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)



