Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirdi
Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib.
Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
"Avqustun 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə - Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib", - məlumatda bildirilib.
Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi. ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi.
"Bu gecə bu təchizatı təmin edən avadanlıq onlarla pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Bu, Rusiyanın mülki infrastruktura, energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir", - məlumatda qeyd olunub.
Zərbə endirilən yerdə mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üzərində işləyirlər.
Ukraynanın energetika naziri Svetlana Qrinçuk bəyan edib ki, bu, 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropa üçün siqnaldır:
“Trans-Balkan marşrutunun əsas kompressor stansiyasına Rusiyanın dronlarla kütləvi hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz təchizatı marşrutlarını məhv etmək üçün bütün mümkün vasitə və mexanizmlərdən istifadə edəcək. Əgər rusiyalılara bizim enerji infrastrukturumuza və qaz marşrutlarına cəzasız zərbə vurmağa icazə veriləcəksə, Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasız qalma yalnız terroru genişləndirir. Məhz buna görə Rusiya etdiklərinə görə cavab verməlidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 4 d. əvvəl
-
- 6 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti






























