AFB Bank beynəlxalq Fitch Ratings agentliyi tərəfindən “B” reytinqi və “Stabil” proqnozla qiymətləndirildi
"AFB Bank-ın pərakəndə və KOB müştəri seqmentlərinə yönəlmiş strategiyası nəticəsində, kredit satışında ciddi artımlar gözlənilir".Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib.
AFB Bank-ın yaydığı press-relizdə bildirilir ki, reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb. AFB Bankın gələcək strategiyası biznes modelinin diversifikasiyası və risk idarəetməsinin gücləndirilməsinə yönəlib. Agentlik bankın risklərin idarə olunmasına yanaşmasını və kommersiya bazarındakı mövqeyini tədricən gücləndirdiyini qeyd edib.
Fitch tərəfindən Bankın Viability Rating (VR) “b”, qısamüddətli IDR-ləri isə “B” səviyyəsində müəyyən edilib.
Fitch-in qiymətləndirməsində vurğulanan əsas məqamlar:
• Fitch Ratings AFB Bank-a ‘B’ uzunmüddətli kredit reytinqi və stabil görünüş (Stable Outlook) verib.
• Bankın kapital mövqeyi güclüdür – 2024-cü ilin sonuna Fitch Core Capital nisbəti 36%, 1H25 üçün Tier 1 nisbəti isə 32% təşkil edib.
• Likvidlik buferi kifayət qədər güclüdür – 2024-cü ilin sonuna əmanətlərin 48%-i həcmində likvid aktivlər mövcud olub.
Fitch qeyd edir ki, AFB Bank-ın bazar payı sektor üzrə hələ ki az olsa da, pərakəndə və KOB müştəri seqmentlərinə yönəlmiş strategiyası nəticəsində, kredit satışında ciddi artımlar gözlənilir.
AFB Bank-ın 2025-ci ilin ilk yarısı üzrə əsas maliyyə nəticələri bankın sürətli inkişafı hədəflədiyini göstərir. Belə ki:
• Xalis mənfəət: 2.7 milyon manat – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artım deməkdir;
• Kredit portfelində 19% artım olmuşdur ki, burda da əsas orta və iri biznes kreditlərində 40%, mikro kredit portfelində isə 2.5 dəfə artım müşahidə edilmişdir;
• Müddətli əmanət portfelində 50%-dən çox artım müşahidə olunub.
"Fitch Ratings tərəfindən verilmiş qiymətləndirmə AFB Bank-ın güclü kapital dayanıqlığını, stabil maliyyə nəticələrini, yüksək likvidlik ehtiyatlarını və aktivlərin keyfiyyətində müşahidə olunan müsbət dinamikanı əks etdirir. Bu göstəricilər Bankın mövcud strateji xəttinin düzgünlüyünü və davamlı inkişaf potensialını nümayiş etdirir", - Bankın məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)






