"Qlobal neft bazarlarını rekord həcmdə təklif profisiti gözləyir"
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir ki, gələn il qlobal neft bazarlarında tələbin artım tempinin zəifləməsi və təklifin yüksəlməsi fonunda rekord həcmdə profisit yaranacaq.Beynəlxalq Enerji Agentliyinin (BEA və ya İEA (International Energy Agency)) hesabatında bildirilir ki, gələn il qlobal neft bazarlarında tələbin artım tempinin zəifləməsi və təklifin yüksəlməsi fonunda rekord həcmdə profisit (artıqlıq və ya neft bolluğu) yaranacaq.
Marja.az xəbər verir ki, Qurumun aylıq icmalına görə, neft ehtiyatları gündəlik 2,96 milyon barrel artacaq ki, bu göstərici hətta pandemiya ili olan 2020-ci ildəki orta artımı da geridə qoyacaq.
Hesabatda qeyd olunur: “Son məlumatlar böyük iqtisadiyyatlarda tələbin zəif olduğunu göstərir. İstehlakçı inamının hələ də aşağı səviyyədə olması kəskin bərpanı uzaq perspektivə daşıyır”.
Səudiyyə Ərəbistanının liderlik etdiyi OPEC+ koalisiyası dayandırılmış hasilatın bərpasını sürətləndirib. BEA, xüsusilə Amerika qitəsi olmaqla, 2026-cı il üçün qrupdankənar hasilat proqnozlarını bir qədər artırıb.
Bu il xam neft qiymətləri, OPEC+ ölkələrinin hasilat artırmalarının da təsiri ilə, təxminən 12% düşüb.
Baş ofisi Parisdə yerləşən BEA-nın proqnozuna əsasən, Çində, Hindistanda və Braziliyadakı zəif tələbat səbəbindən qlobal neft istehlakı bu il gündəlik 680 min barrel artacaq ki, bu da əvvəlki 700 min barrel proqnozundan aşağı və 2019-cu ildən bəri ən zəif göstəricidir.
BEA vurğulayıb ki, ölkələrin elektrikli nəqliyyat vasitələrinə keçidi ilə, onilliyin sonuna doğru qlobal neft tələbi artımının dayanacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























