Qızılın qiyməti yeni rekord səviyyəsini gördü
Qızılın unsiyası 3 500 dolları da keçərək yeni rekord səviyyəsini gördü. Bu il qızıl 30%-dən çox bahalaşıb. İnvestorlar qızıl alışlarını artırır və bu, qiymətləri yüksəldir, yeni rekordlar gözlənilir.
ABŞ Federal Ehtiyat Bankının (FED, ABŞ Mərkəzi Bankı) faiz endirimi ehtimalı və mərkəzi bankın gələcəyinə dair artan narahatlıqlar, qiymətli metalların uzun müddət davam edən yüksəlişinə növbəti bir təkan verib. O cümlədən, qızıl qiymətlərini rekord səviyyəyə yüksəldib.
Marja.az xəbər verir ki, qızılın unsiyasının (31,1 qram) qiyməti 3500 dolları da aşaraq indiyədək ən yüksək səviyyəsinə çatıb. Bu il qızıl qiymətləri 30%-dən çox bahalaşaraq ən yaxşı performans göstərən əsas əmtələrdən biri olub.
FED sədri Cerom Pauel (Jerome Powell) faiz endiriminə ehtiyatlı yanaşmasına baxmayaraq, ABŞ mərkəzi bankının bu ay faiz endiriminə gedəcəyinə dair gözləntilər qiymətli metalların, o cümlədən qiymətlərin artmasına səbəb olur. Bu Cümə günü açıqlanacaq vacib ABŞ məşğulluq məlumatları zəifləyən əmək bazarına işarələr verərək, faiz endirimini dəstəkləyə bilər.
UBS Group AG-nin strateq Joni Teves bildirib:
“Xüsusilə FED-in faiz endirimləri yaxınlaşarkən, investorlar qızıl alışlarını artırır və bu, qiymətləri yüksəldir. Əsas ssenarimiz qızılın qarşıdakı rüblərdə yeni zirvələrə çatmağa davam edəcəyi yönündədir. Aşağı faiz mühiti, zəif iqtisadi göstəricilər və davam edən yüksək makroiqtisadi qeyri-müəyyənlik və geo-siyasi risklər qızılın portfel şaxələndirilməsi rolunu gücləndirir.”
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
8 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR
Son Xəbərlər

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
