Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır
Azərbaycan avtomobil bazarında yeni dövr başlayır. Dünyanın ən böyük Yeni Enerji Avtomobili (NEV) istehsalçısı olan BYD artıq Azərbaycanda rəsmi fəaliyyətə başlayır. Brendin ölkəmizdəki rəsmi dileri 2006-cı ildən avtomobil sektorunda fəaliyyət göstərən Group Motors şirkətidir.
Group Motors bu illər ərzində Toyota Abşeron və Ford dilerliyi ilə yanaşı Subaru, Mazda, Mitsubishi və Honda markalarının da rəsmi distribütoru kimi ölkə bazarında güclü mövqeyə sahibdir. Satış, servis və ehtiyat hissələri üzrə formalaşdırdığı peşəkar şəbəkə ilə şirkət avtomobil sektorunun aparıcı oyunçularından biridir. İndi isə Group Motors dünyanın avtomobil sənayesində sürətli yüksəlişə imza atan BYD-ni Azərbaycana gətirməklə ölkənin avtomobil bazarında yeni bir mərhələ açır.
Azərbaycanda satışa çıxarılacaq BYD modelləri 6 il və ya 150 000 km rəsmi zəmanətlə təqdim ediləcək. Bundan əlavə, 1 sentyabra qədər avtomobillərini fərdi qaydada Çindən gətirən müştərilər də ödənişli zəmanət paketi əldə edə biləcəklər. Bu addım bazarda bütün BYD sahibləri üçün vahid xidmət keyfiyyətini təmin etməyi hədəfləyir.
Yeni BYD salonu hazırda Sumqayıt şossesi 6-cı km ünvanında təmir edilir. Açılışın oktyabr ayının son həftəsində keçirilməsi planlaşdırılır.
Group Motors-un nümayəndəsi açıqlamasında bildirib:
“BYD sadəcə avtomobil markası deyil, dünyada milyonlarla insanın seçdiyi bir brenddir. Bizim üçün əsas məqsəd müştərilərimizə bu markanı etibarlı mənbədən, rəsmi zəmanətlə və yüksək servis dəstəyi ilə təqdim etməkdir. Azərbaycanda alıcılarımız artıq BYD-ni tam güvənlə əldə edə biləcəklər.”
Açılışa qədər BYD Abşeronun sosial media səhifəsi üzərindən ön sifariş kampaniyası elan ediləcək. BYD avtomobili almaq istəyən şəxsləri @byd_absheron rəsmi səhifəsini izləməyə dəvət edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb






.jpg)
.jpg)







.jpg)




