"Qara günün dostu" bahalaşmaqda davam edir
Qızıl bu həftə təxminən 2% bahalaşaraq ardıcıl dördüncü həftəlik yüksəlişini qeyd edə bilər. Qiymətli metal bu ilin əvvəlindən indiyədək təxminən 40% dəyər qazanıb.Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) tərəfindən faizlərin endiriləcəyi proqnozları ilə yüksəlir.
Marja xəbər verir ki, bu həftə qızılın unsiyasının qiyməti 3650 dollara yüksələrək təxminən 2% artım göstərib və rekord səviyyəyə çatıb.
Cümə axşamı günü açıqlanan ABŞ-da istehlakçı qiymətləri indeksi göstəriciləri (inflyasiya göstəriciləri) proqnozlara uyğun olaraq artıb və zəif məşğulluq bazarı məlumatları FED-ə faizlərini endirmək üçün imkan yaradıb.
İnvestorlar Fed-in növbəti iclasında ən azı 0,25 bənd faiz endirimi tətbiq edəcəyini gözləyirlər və ilin sonuna qədər iki əlavə endirim ehtimalını qiymətləndirirlər.
Bu il qızıl qiymətləri təxminən 40% artaraq ən yaxşı performans göstərən əmtələrdən biri olub və S&P 500 daxil olmaqla digər bazar göstəricilərini geridə qoyub. Qiymət artımı mərkəzi bankların alışları, geosiyasi qeyri-müəyyənliklər və ETF-lərə daxil olan vəsaitlər tərəfindən dəstəklənib.
Bakı vaxtı ilə saat 11:25-də qızıl 0,5% bahalaşma ilə 3652 dollardan ticarət olunub. Bu qiymət bu həftə qeydə alınan 3673,95 dollar rekord səviyyəsinə yaxındır.
Dünən açıqlanan məlumatlara görə, ABŞ-da aylıq istehlakçı qiymətləri indeksi (aylıq inflyasiya) avqust ayında 0,4% artaraq illik inflyasiyanı 2,9%-ə yüksəldib. Bu, yeddi ayın ən yüksək səviyyəsidir. Buna baxmayaraq, əmək bazarında zəifləmə əlamətləri davam edib: həftəlik işsizlik müraciətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb və iş yerlərinin artımı yavaşlayıb.
Gözləniləndən zəif olan istehsalçı qiymətləri məlumatları və iş yerlərinin azalması bazarda daha yumşaq pul siyasətinə inamı gücləndirib. İndi bazarlar sentyabrın 16–17-dakı iclasda FED-in 0,25 bənd faiz endirimi edəcəyinə 100% ehtimal verirlər, bəzi investorlar isə daha aqressiv (0,50 faiz bəndi) endirim gözləyirlər.
Daha zəif dollar və aşağı ABŞ Dövlət istiqrazları faizləri qızılı dəstəkləyir.
Mərkəzi bankların alışları, "təhlükəsiz liman" tələbi, prezident Donald Trump’ın tarif açıqlamalarına dair ticarət qeyri-müəyyənliyi fonunda qızılın daha da bahalaşacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı






















