Bu avtomobil Bakıya gətirilməmiş satılır
Böhrana baxmayaraq, bütün dünyada olduğu kimi Azərbaycanda da biznes sedan və digər lüks avtomobillərin satışı kəskin azalmayıb. Bunu Hyundai-ın Grandeur 2017 modelinə olan maraq da təsdiq edir.
“Marja”nın “Auto Azərbaycan” şirkətdəki mənbəsindən əldə etdiyi məlumata görə, yeni Grandeur-lar yolda olan zaman satılır. Şirkətin son iki partiyada zavoddan aldığı 10 ədəd Grandeur dərhal satılıb.
Mənbənin sözlərinə görə, hazırda iki ayın sifarişi olan 16 ədəd Grandeur yoldadır və onların da böyük hissəsi indidən satılıb. Hyundai Grandeur biznes sedanını əsasən şirkətlər və iş adamları alırlar.
Grandeur 3 litr mühərriklə təchiz olunur. Böyük mühərriklər üçün daha çox gömrük rüsumu alındığı üçün Grandeur-un qiyməti bir qədər qalxıb. Hazırda şirkət bu modeli 70600 manata satır. Sentyabrın ortasından sonra “Auto Azərbaycan”ın salonunda qısa müddətə yeni Grandeur nümayiş etdiriləcək.
Azərbaycana növbəti Grandeur-lar Noyabr ayında göndəriləcəkdir. Yeni Grandeur almaq istəyənlər indidən müraciət etməlidirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 44 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır




























