Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün “Abşeron” Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb.
Məlumata görə, ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.
Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.
Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən “Abşeron” Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb.
Sahibkarların verdiyi məlumata görə, tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək. Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb. İlkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















