Neftçalada istehsal olunacaq maşınlara bazarlar axtarılır
Azərbaycanın "AzerMash" və İranın "Iran Khodro" şirkəti birgə istehsal etdikləri avtomobilləri Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına tədarük etmək imkanlarını müzakirə edir.
Bunu "AzerMash" şirkətinin təsisçisi Emin Axundov deyib.
Ötən il iki şirkət arasında Neftçala sənaye zonasında birgə avtomobil zavodunun yaradılması barədə saziş imzalanıb. Layihənin dəyəri 15 milyon dollar qiymətləndirilir.
E.Axundov deyib: "Bu gün artıq Ukraynadan bizim avtomobillərin bu ölkəyə tədarük edilməsi ilə bağlı təklif almışıq. Eləcə də Şimali Qafqaz (Rusiya), Tacikistan və Türkmənistandan olan şirkətlərlə bu barədə danışıqlar aparırıq".
Onun sözlərinə görə, "AzerMash" və "Iran Khodro"nun Azərbaycanda istehsal edilən avtomobillərin başqa ölkələrə tədarükü ilə bağlı böyük planları var:
"Azərbaycan hökumətinin uğurlu siyasəti sayəsində biz ixrac edə biləcəyimiz məhsul istehsal edə bilirik. Bu, Azərbaycana imkan verəcək ki, İran avtomobillərinin başqa ölkələrə tədarükü üçün hab rolu oynaya bilsin".
Onun sözlərinə görə, hazırda zavodu idarə edəcək birgə müəssisənin qeydiyyatı məsələləri aparılır:
"Birgə müəssisədə 75 faiz pay "AzerMash" şirkətinə, 25 faiz pay isə "Iran Khodro" şirkətinə məxsusdur. İran tərəfi zavod üçün lazımi avadanlığı Azərbaycana tədarük etməyi öhdəsinə götürüb. Biz isə zavodun tikintisini maliyyələşdirəcəyik. Bu, böyük layihədir və hazırda biz zavodun tikintisini yekunlaşdırmaq mərhələsindəyik".
Şirkət təsisçisi daha sonra əlavə edib: "Hələ ki ildə 5-6 min avtomobil istehsal etməyi planlaşdırırıq. Növbəti mərhələlərdə bu rəqəmi 10 minə çatdırmağı düşünürük. Bu gün zavodda 300 işçi çalışır, gələcəkdə həmçinin ştatı da artıra bilərik".
O, avtomobillərə böyük təlabat olacağını da qeyd edib və bildirib ki, həmin avtomobillər yüksək keyfiyyəti ilə seçilir.
E.Axundov zavodda ilkin mərhələdə "Dena", "Runna", "Soren" və "Samand" markalı avtomobillərin istehsal edilməsinin planlaşdırıldığını bildirib. Bununla belə gələcəkdə istehsal edilən avtomobillərin spektrinin genişlənməsini də istisna etməyib.
Qeyd edək ki, birgə müəssisənin avtomobil zavodu Neftçala Sənaye Parkında tikilir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)







