Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var

LG Electronics India 1,3 milyard dollarlıq IPO üçün müraciətlərin qəbuluna başlayıb. Qıssı, LG Electronics India birjaya çıxır: Səhmlər üçün böyük maraq var Səhmlər 14 oktyabrda ticarətə buraxılır. LG Electronics Hindistanda IPO rekordu qıra bilər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənubi Koreyanın LG Electronics şirkətinin Hindistandakı törəmə müəssisəsi — LG Electronics India 7 oktyabr tarixində 1,3 milyard ABŞ dolları dəyərində ilkin kütləvi səhmlərin yerləşdirilməsi (IPO) üçün müraciətlərin qəbuluna start verib.

Marja xəbər verir ki, şirkətin səhmləri 14 oktyabr tarixində Hindistanın BSE və NSE birjalarında ticarətə çıxarılacaq.

Bloomberg-in məlumatına görə, IPO nəticəsində şirkətin dəyərinin təxminən 774 milyard rupi (8,7 milyard ABŞ dolları) olacağı gözlənilir. Bu da LG Electronics India-nı Hindistanın ən böyük məişət texnikası istehsalçısına çevirəcək.

Səhmlərin qiymət aralığı və investorlar

Ana şirkət — LG Electronics investorlar üçün 101,8 milyon səhm təklif edəcək. Səhmlərin ilkin qiymət diapazonu 1080–1140 rupi aralığında müəyyən olunub.

LG Electronics India ötən ilin dekabrında IPO üçün müraciət etmiş və birjada may ayında satışa çıxmağı planlaşdırmışdı. Lakin bazarda yaranmış volatillik səbəbindən bu proses təxirə salınmışdı.

Yerləşdirmədə bir sıra böyük beynəlxalq investorlar, o cümlədən BlackRock, həmçinin Sinqapur və Norveçin suveren sərvət fondları iştirak edir. Bu investorlar təxminən 34,75 milyard rupi (391,88 milyon dollar) dəyərində səhmlər sifariş ediblər.

Bundan əlavə, Hindistanın aparıcı aktiv idarəetmə şirkətləri — SBI Mutual Fund, ICICI Prudential Asset Management və Nippon Life India Asset Management də IPO-da iştirak edir. Ümumilikdə, təklif olunan 101,8 milyon səhm içərisində təxminən 30%-i “anchor” investorlar tərəfindən alınacaq (“ankar investor” və ya “əsas investor”— İlkin kütləvi yerləşdirmə (IPO) zamanı, səhmlərin satışına başlamazdan bir neçə gün əvvəl böyük həcmdə səhmləri ilk olaraq almaq üçün dəvət edilən, adətən institusional (peşəkar) investorlardır).

Yerləşdirmənin təşkilatçıları arasında Axis Bank və Morgan Stanley, JPMorgan Chase, Bank of America və Citigroupun Hindistan bölmələri də yer alır.

Hindistanda IPO bumunun davamı

LG Electronics India-nın IPO-su, Tata Capitalın 1,7 milyard dollarlıq yerləşdirmə üçün müraciətləri qəbul etməyə başlamasından cəmi bir gün sonraya təsadüf edir. Bloomberg-in hesablamalarına görə, Hindistanda oktyabr ayında IPO həcmi 5 milyard dolları keçərək tarixi rekorda çata bilər.

LG India bu il Hindistanda 1 milyard dollardan çox dəyərdə IPO həyata keçirən dördüncü şirkət olacaq. Ondan əvvəl HDB Financial Services, Hexaware Technologies və Tata Capital uğurlu IPO-lar reallaşdırıblar.

Şirkət haqqında qısa məlumat

LG Electronics India Limited — Cənubi Koreyanın LG Electronics şirkətinə məxsus törəmə müəssisədir və 1997-ci ilin yanvarında Hindistanda təsis edilib. Şirkət məişət texnikası və elektronika məhsulları istehsal edir. Baş ofis Dehlidə yerləşir. LG India hazırda Hindistanda ikinci ən böyük məişət texnikası istehsalçısıdır və yerli bazarda Whirlpool və Samsung ilə rəqabət aparır.

İş elanları AzVak.az-da

LG Electronics India IPO ilkin kütləvi yerləşdirmə Hindistan birjaları BSE NSE səhmlər investorlar BlackRock suveren fondlar rupi Bloomberg məişət texnikası Cənubi Koreya LG Electronics Tata Capital HDB Financial Services Hexaware Technologies 1 3 milyard dollar 8 7 milyard dollar səhmlərin qiyməti Anchor investorlar Morgan Stanley JPMorgan Citigroup Bank of America Axis Bank Hindistan IPO rekordu
07.10.2025 13:48
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18