Ən yuxarı (mobil)_30

Azərbaycan London hava limanına 50 milyon funt sterlinq investisiya yatırdı

Azərbaycan Respublikası Dövlət Neft Fondu London Qatvik hava limanına 50 milyon funt sterlinq həcmində investisiya edib. Başqa sözlə, ARDNF London Qatvik hava limanının səhmlərinin bir hissəsini əldə edib. Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan London hava limanına 50 milyon funt sterlinq investisiya yatırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib.

Marja.az ARDNF-ə istinadən xəbər verir ki, bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.

Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50,01%-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.

İş elanları AzVak.az-da

Qeyd edilib ki, bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: “Bu mühüm investisiya layihəsi, davamlı dəyər və strateji əhəmiyyət daşıyan aktivlər üzrə dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığa əsaslanan investisiya strategiyamızın bariz nümunəsidir. Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olmaqla yanaşı, Fondun qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli aktivdir.”

GIP-nin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Ogunlesi bildirib: “Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə ARDNF ilə tərəfdaşlığımızın davam etməsindən məmnunuq. Bu hava limanı həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişaf təmin edən yüksək keyfiyyətli infrastruktur layihəsidir.”

ARDNF haqqında

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivləri 70 milyard ABŞ dollarına yaxın olan ARDNF, borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.GIP haqqında

“Global Infrastructure Partners”, “BlackRock”un tərkibində fəaliyyət göstərən və 189 milyard ABŞ dollarından artıq aktivləri idarə edən dünyanın aparıcı infrastruktur investorlarından biridir. Şirkət enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su təchizatı və tullantıların idarə olunması sahələrində böyükmiqyaslı və strateji əhəmiyyətli obyektlərin idarə olunmasında geniş təcrübəyə malikdir. GIP-nin real infrastruktur aktivlərinə yönəlmiş investisiya yanaşması, güclü tərəfdaşlıq şəbəkəsi və əməliyyat bacarıqları ona həm investorların kapitalını etibarlı şəkildə idarə etməyə, həm də fəaliyyət göstərdiyi regionlarda davamlı iqtisadi dəyər yaratmağa imkan verir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

ARDNF Azərbaycan Respublikası Dövlət Neft Fondu investisiya sərmayə London Qatvik hava limanı Qatvik Böyük Britaniya GIP Global Infrastructure Partners BlackRock infrastruktur investisiyası Avropa bazarı hava limanı layihəsi VINCI Airports Şimal Uçuş Zolağı sərnişin axını iqtisadi töhfə strateji tərəfdaşlıq beynəlxalq investorlar İsrafil Məmmədov Adebayo Ogunlesi suveren sərvət fondu qlobal infrastruktur uzunmüddətli investisiya nəqliyyat infrastrukturu iqtisadi inkişaf aviasiya sektoru maliyyə diversifikasiya 50 milyon funt sterlinq Britaniya iqtisadiyyatı
09.10.2025 10:02
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
AzVak-da yeni iş elanları
AzVak-da yeni iş elanları
09.10.2025 13:03
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18