Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir
(®) Xalq Bank müştərilərinə sərfəli qazanc imkanları təqdim etmək məqsədilə əmanət şərtlərini yeniləyərək yeni kampaniyaya start verir.
Yenilənmiş faiz dərəcələri ilə müştərilər 30 dekabradək daha əlverişli şərtlərlə depozit yerləşdirə bilərlər. “Müddətli” əmanəti ilə AZN valyutasında illik 11 %, ABŞ dolları valyutasında illik 3 %, “Proqress” əmanəti ilə AZN valyutasında illik 11 %, ABŞ dollar valyutasında illik 2.75 %-dək gəlir əldə etmək mümkündür.
“Müddətli” əmanəti üzrə illik faizlər– 3 ay - 8.5 %, 6 ay - 10.5 %, 12 ay - 11 %, 18 ay – 11 %, 24 ay - 11 %. Minimal məbləğ - 100 AZN/USD, 1000 EUR
“Proqress” əmanətiüzrə illik faizlər- 12 ay – 10.75 %, 24 ay – 11 %. Depozit məbləğinin artırılması imkanı ilə, minimal məbləğ - 100 AZN/USD/EUR
“VIP-Rantye”- depozitin artırılması və qismən çıxarılması imkanı ilə iri məbləğdə sərbəst vəsaitlərin etibarlı və gəlirli saxlanmasını təmin edir. Minimal məbləğ - 100 000 AZN/USD/EUR
“Uşaq yığım”- övladınızın adına yetkinlik yaşına çatana qədər yığım imkanı verir və faizlərin kapitallaşdırılması ilə maksimal gəlir təklif edir. Minimal məbləğ - 100 AZN/USD/EUR
Faizlərin ödənilməsi məhsulun növündən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçirilir.
Həmçinin 30 dekabradək Xalq Bankın cari və yeni əmanət müştərilərinə Mastercard Black Edition və Visa Infinite premium ödəniş kartları birdəfəlik xidmət haqqı və ya ilkin mədaxil məbləğinə 50% endirimlə təqdim edilir.
Premium kartlar sahiblərinə yüksək komfort, fərdi yanaşma və eksklüziv imtiyazlar təqdim edən, eyni zamanda səyahət zamanı bir sıra əlavə üstünlüklərlə müşayiət olunan prestijli ödəniş vasitələridir. Buraya səyahət sığortası, transfer xidmətləri, hava limanlarında biznes zallara pulsuz keçid və digər imtiyazlar daxildir.
Uzun illərdir ki, müştərilərin öz vəsaitlərini rahatlıqla etibar etdiyi Xalq Bank 2025-ci ilin 6 ayının nəticələrinə əsasən depozit portfelinin həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyü sırasındadır. Qeyd edək ki, Xalq Bankda yerləşdirilmiş əmanətlər “Əmanətlərin Sığortalanması Fondu”nun qaydalarına uyğun olaraq sığortalanır.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub























