Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, insanlar işsiz qalacaq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, insanlar işsiz qalacaq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Yaşma Quşçuluq" şirkətinin Xızı rayonu ərazisində inşa etdiyi istehsal binasının istismara verilməsinə maneələr yaradılır.

Marja xəbər verir ki, bunu "Yaşma Quşçuluq" müəssisəsinin rəhbəri Mahir Mirzəyev bildirib.

Onun sözlərinə görə, bina Xızı rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan ərazidə inşa olunsa da, rayonun hazırkı rəhbərliyi, həmçinin FHN yerli şöbəsi onun istismara verilməsinin qarşısını alırlar. FHN binadakı son tamamlama işlərinin aparılmasına qadağa qoyub:

"Biz o binanı özbaşına deyil, Xızı rayon İcra Hakimiyyətinin 21 dekabr 2011-ci il 139 nömrəli sərəncamına əsasən aparmışıq. Dövlət orqanının verdiyi sərəncama güvənərək bu əraziyə  külli miqdarda vəsait yatırıb, infrastruktur qurub,  istehsal prosesi yaratmışıq. Bu istehsal prosesi ölkəmizin ərzaq təminatında mühüm yerə sahibdir. Təsərrüfatda 180 nəfər insan işləyir. FHN-in qərarı dəyişməsə, təsərrüfatımız məhv olacaq, həmin insanlar isə işsiz qalacaq”.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli də Fövqəladə Hallar Nazirliyinin tikintisi başa çatmış istehsal binalarının istismara qəbulu üçün verdiyi müayinə aktına görə tələb olunan xidmət haqqı məbləğinin çox yüksək olduğunu, sahibkarlar üçün ağır maliyyə yükü yaratdığını bildirib. Onun sözlərinə görə, tələb olunan məbləği ödəyə bilməyən sahibkarların müəssisələrində istehsal prosesi pozulur, inkişaf proqramlarının icrası ləngiyir, bu isə son nəticədə ölkə üzrə quşçuluğun inkişafına mane olur.

Yaşma Quşçuluq Xızı rayonu istehsal binası istismara maneələr Mahir Mirzəyev FHN Xızı rayon İcra Hakimiyyəti tikinti qadağası kənd təsərrüfatı quşçuluq təsərrüfatı ərzaq təminatı iş yerləri infrastruktur dövlət sərəncamı kənd təsərrüfatı müəssisəsi tikinti icazəsi istehsal prosesi fermerlər sosial məsuliyyət yerli istehsal quşçuluq sektoru işsizlik riski dövlət nəzarəti
10.10.2025 13:13
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18