“ParaBOKT”da Əmanətlərin Sığortalanması Fonduna ötürülmüş kredit üzrə yenilik
“ParaBOKT” ASC-ninkredit portfelinin Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ötürülmüş hissəsi üzrə ödəniş üsulu imkanları genişləndirilib.
ƏSF-dən Marja.az-a verilən məlumata görə, bu portfelə aid olan borcalanlar kredit ödənişlərini ölkə üzrə geniş xidmət şəbəkəsinə malik “MilliÖn” ödəniş terminalları və mobil tətbiqi vasitəsilə də həyata keçirə bilərlər.
Ödəniş infrastrukturunun genişləndirilməsi borcalanlara göstərilən xidmətlərin daha əlçatan, rahat və çevik şəkildə həyata keçirilməsinə şərait yaradır. Qeyd edək ki, “MilliÖn” ödəniş sistemi ölkənin bütün inzibati ərazi vahidlərini əhatə edən terminallar şəbəkəsinə və mobil tətbiqə malikdir. Bu imkanlar borcalanlara kredit ödənişlərini həm terminallar vasitəsilə, həm də onlayn platforma üzərindən günün 24 saatı, həftənin 7 günü, istənilən yerdən rahat və növbəsiz şəkildə həyata keçirməyə şərait yaradır.
Məlumat üçün bildiririk ki, ödənişlərin həyata keçirilməsi qaydası aşağıdakı kimidir:
· “MilliÖn” terminalında və ya mobil tətbiqdə <Bank xidmətləri> bölməsinə daxil olun;
· Siyahıdan Əmanətlərin Sığortalanması Fondunu - ADİF subbölməsini seçin;
· Müvafiq xanaya FİN kod və ya VÖEN daxil edin;
· Siyahıdan “ParaBOKT” ASC-ni seçin (habelə hesabınızı);
· Ödəniş məbləğini təsdiqləyərək əməliyyatı tamamlayın.
Borcalanlar bilməlidir ki, “MilliÖn” vasitəsilə edilən ödənişlər real vaxt rejimində sistemdə əks olunur, bu da ödəniş prosesinin sürətli və etibarlı şəkildə icra edilməsinə imkan verir.
Əlavə olaraq qeyd edək ki, “ParaBOKT” ASC-nin sözügedən borcalanları kredit ödənişlərini “Azərpoçt” MMC-nin ölkə üzrə xidmət şəbəkəsi vasitəsilə də həyata keçirə bilərlər. Belə ki, “Azərpoçt” filial və şöbələrinə yaxınlaşaraq ödəniş etdikləri bankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiya nömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avro valyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər
Əmanətlərin Sığortalanması Fondu “ParaBOKT” ASC-nin həmin borcalanları üçün göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması, eləcə də ödəniş üsulu imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)








.jpg)




