Tam elektrik avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Yəni, bu azadolma daha 1 il artırılır.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.
Sənədə əsasən, 2026 yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2019-cu ilin yanvar ayının birindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunmuşdur. Məcəllədə edilən növbəti dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da əlavə dəyər vergisindən azaddır. Həmçinin, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının, eləcə də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı - 2022-ci il yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Müddət 2025-ci ilin sonunda başa çatır. Beləliklə, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə cəlb olunacaq.
Bununla yanaşı, 2022-ci ilin yanvarından mühərrikin həcmi böyük və istehsal tarixindən çox keçmiş, yəni, mühərrikin həcmi 3000 kubsantimetrdən və istehsal tarixi 3 ildən çox olan nəqliyyat vasitələrinin ətraf mühitə, atmosfer havasına daha çox mənfi təsir göstərdiyi nəzərə alınaraq, bu cür nəqliyyat vasitələrinin idxalına vergi yükü artırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat sonra
- 4 d. əvvəl
- 15 d. əvvəl
-
32 d. əvvəl
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
-
38 d. əvvəl
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
- 40 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Fitch Ukraynanın kredit reytinqini yüksəldib
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Toyota 55 mindən çox avtomobili geri çağırır
bp Castrol-u satır: 65 faizlik pay üçün 6 milyard dollar
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti tarixdə ilk dəfə 4500 dolları keçdi
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
















