“Nar”a yeni baş icraçı direktor təyin olundu
27 oktyabr 2025-ci il tarixində Özgür Genc “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru vəzifəsinə təyin olunub.
“Azerfon” şirkətindən Marja.az-a verilən məlumata görə, Özgür Genc İKT və şəbəkə texnologiyaları da daxil olmaqla, telekommunikasiya sahəsində 25 ildən çox zəngin təcrübəyə malikdir. O, Azərbaycanın “Azerconnect Group”, Türkiyənin “Turkcell” və Ukraynanın “Lifecell” kimi nüfuzlu İKT və telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışaraq uğurlu texnologiya strategiyalarının formalaşdırılması, innovasiyaların tətbiqi prosesinə mühüm töhfələr verib.
Özgür Genc Türkiyənin Yıldız Texniki Universitetinin Elektrik və elektronika fakültəsini bitirib. O, həmçinin İsveçrənin nüfuzlu “IMD” Biznes Məktəbində “Rəqəmsal Transformasiya və Gələcəyin İdarə olunması” proqramını müvəffəqiyyətlə bitirib.
Özgür Genc “Azerfon” MMC (“Nar”) şirkətinin baş icraçı direktoru vəzifəsində Qunnar Pankeni əvəz edib. Qunnar Panke karyerasında yeni imkanları dəyərləndirmək məqsədilə şirkətdən ayrılıb.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















