AFB Bank: İstiqrazlara yüksək tələbat olub
AFB Bank tərəfindən buraxılmış istiqrazlara investorlar tərəfindən böyük maraq göstərilib.
Bu barədə Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Bankın 5 milyon manat həcmində istiqraz satışı uğurla başa çatıb və 80 investor tərəfindən tam həcmdə alınıb. İstiqrazlara qısa müddətdə formalaşan tələbat, maliyyə alətlərinə marağın artdığını və AFB Bank-a etimadı göstərir.
10 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AFB Bank” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan qiymətli kağızların abunə yazılışı 15 oktyabr 2025-ci il tarixində başlayıb, 24 oktyabr 2025-ci il tarixində başa çatmışdır.
Buraxılan istiqrazların nominal dəyəri 100 manat, illik gəlir faizi 13%, tədavül müddəti isə 24 ay təşkil edir. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir həyata keçiriləcək.
İstiqraz buraxılışı bankın yeni inkişaf strategiyası çərçivəsində cəlbedilmiş vəsaitlərin diversifikasiyası və maliyyə bazarlarının inkişafına töhfə vermək məqsədini daşıyır. Bankın tarixində ilk dəfə həyata keçirilən bu addım investorların yüksək marağı ilə qarşılanıb. Gələcəkdə də bu maliyyə alətindən aktiv şəkildə istifadə olunması nəzərdə tutulur.
Xatırladaq ki, Beynəlxalq reytinq agentliyi Fitch Ratings AFB Bank-a “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz təyin edib. Bu qiymətləndirmə bankın möhkəm kapitallaşması, kifayət qədər likvidlik səviyyəsi və davamlı mənfəətliliyi ilə əsaslandırılır.
AFB Bank bundan sonra da həm investorlar, həm də müştərilər üçün dəyər yaradan, gəlirli və etibarlı maliyyə həlləri təqdim etməyi davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
4 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
5 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

























