Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
Azərbaycanda Subaru, Mitsubishi, Honda, Mazda, Toyota, Ford və BYD markalarının rəsmi təmsilçisi olan “Group Motors” şirkəti Bakıda Babək prospektində yeni satış və servis mərkəzini istifadəyə verib.
Marja.az-ın məlumatına görə, 17 Noyabr 2025-ci il tarixində mərkəzin açılışı tədbiri baş tutub.
Tədbirdə “Group Motors” MMC-nin Marketinq direktoru Aşur Cəbiyev çıxış edərək bildirib ki, çalışdığı Şirkətin əsas məqsədi hər ailəni avtomobillə təmin etməkdir:
“Şirkətimizin missiyasına görə, hər ailənin avtomobili olacaq. “Group Motors” avtomobil mərkəzinin açılması da bu missiyanın bir hissəsidir. Biz Bakı şəhərinin kənarında, Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt şossesi 6-cı kilometr ünvanında fəaliyyət göstəririk. Müştərilərimizə daha yaxın olmaq üçün Babək prospekti 33 ünvanında yeni mərkəzimiz fəaliyyətə başlayır. Bizim Babəkdə yerləşən mərkəzimizdə Mazda, Mitsubishi, Ford və Subaru brendləri üzrə avtomobillərin satışı və servis xidmətləri həyata keçiriləcəkdir”.
“Group Motors”un tarixindən danışan Aşur Cəbiyev qeyd edib ki, Şirkət 2006-cı ildən Subaru, 2007-ci ildə Mitsubishi, 2008-ci ildə Honda, 2009-cu ildə Mazda brendinin Azərbaycanda distribyuterliyini qazanıb: “Group Motors” 2016-cı ildə Toyota brendinin, 2021-ci ildən Ford brendinin Azərbaycanda rəsmi dileri olub. 2025-ci ildə şirkətin portfelinə daha bir brend - BYD də əlavə edilib, yəni Azərbaycanda BYD-nin də rəsmi dileri olub”.

“Group Motors” MMC-nin Marketinq direktorunun sözlərinə görə, şirkətin müştəri bazası 70 mindən çox müştəridən ibarətdir. “Group Motors”da 293 nəfər çalışır, onlardan 54 nəfəri peşəkar texnikdir.
Aşur Cəbiyev bildirib ki, hazırda “Group Motors” şirkətində müştəri məmnuniyyəti göstəricisi 94 faizdir:
”Bu o deməkdir ki, bizim mərkəzə gələn hər 10 müştəridən minimum 9-u mərkəzimizi razı şəkildə tərk edir. Müştərilərin geri dönüş göstəricisi isə 82%-dir. Salonumuza gələn hər 10 müştəridən 8-i satış, servis və ehtiyat hissələri üçün yenidən bizi seçir. Xüsusilə bu göstərici Toyota brendi üzrə daha yüksəkdir. Bu sahədə müştəri portfelini qoruyub saxlamaq kifayət qədər çətindir. Qeyd edim ki, Şirkətimizdə ən böyük müştəri portfeli Toyota-dadır”.
Aşur Cəbiyev öz çıxışda “Group Motors” şirkətinin yeni planlarına da yer ayırıb:
“Biz hazırda öz logistika şirkətimizi qururuq. Bu qiymətləri optimallaşdırmaq üçün atılan addımdır. Planlaşdırırıq ki, logistika xərclərini özümüz idarə edərək avtomobillərin satış qiymətlərini aşağı salaq, hər bir ailə, hər bir biznes avtomobilə sahib olsun”.
“Group Motors” şirkətinin Azərbaycanın 4 bölgəsində - Bakıda, Gəncədə, Lənkəranda və Horadizdə satış və servis mərkəzi fəaliyyət göstərir.
Yeni "Group Motors" avtomobil mərkəzi Babək pr, 33 ünvanında yerləşir.
Bu gönderiyi Instagram'da gör
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















