Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdədir - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayını təqdim edib.
Marja xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-oktyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22.8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.
Cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1.03 mlrd ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276.8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (159,8 milyon ABŞ dolları) ikinci, karbamid (153 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl(38.9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda xurma (32.7 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin on ayında Rusiya Federasiyasına 968,9 milyon ABŞ dolları, Türkiyəyə 486,3 milyon ABŞ dolları, İsveçrəyə 288,3 milyon ABŞ dolları, Gürcüstana 273,6 milyon ABŞ dolları, Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin oktyabr ayında Rusiya Federasiyasına 90 milyon ABŞ dolları, Türkiyəyə 50,6 milyon ABŞ dolları, İsveçrə 40,6 milyon ABŞ dolları, Gürcüstan 28,8 milyon ABŞ dolları, Ukrayna isə 24,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)

