Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb
Azərbaycanın sığorta sektoru ilə bağlı sayca üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqat işi “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunub.
Tədqiqat işinin aparılma səbəblərinə aydınlıq gətirən layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, yerli bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığı məhdud sayda sığorta məhsullarının satışından ibarətdir:
“Bu sığorta məhsulları, əsasən, bankların öz müştərilərinə təklif etdikləri kreditlərə tətbiq olunan məhsullardır ki, bu da bankların öz risklərini sığortalamaq anlamına gəlir. Bankların mövcud müştərilərinə fərqli sığorta məhsullarının təklif olunması nəticəsində qeyri-bank xidmətindən əlavə gəlir əldə etmək imkanını lazımi səviyyədə dəyərləndirməməsinin səbəblərini araşdırmaq qərarına gəldik”.
Layihə rəhbəri bildirir ki, tədqiqatın başlıca məqsədi bank sığortaçılığının cari vəziyyətini qiymətləndirmək, bu sahənin inkişafını əngəlləyən məqamları ortaya çıxarmaq və ekspertlərin bu istiqamətdə təkliflərini öyrənməkdir.
Tədqiqatda daha çox istifadə olunan sığorta məhsulları, sığorta məhsullarının əldə edildiyi kanal növü, bank xidmətlərindən istifadə dinamikası və xidmət çeşidləri, bank sığortaçılığı məhsullarından istifadə edənləringender, yaş və gəlirlilik səviyyəsinə görə dinamikası, sığorta məhsullarından imtina səbəbləri və s. kimi aktual suallara cavab axtarılıb.
Qeyd edilib ki, “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş tədqiqat işinə dair sorğularda 500 respondent iştirak edib ki, bunun da 53%-ni kişilər, 47%-ni isə qadınlar təşkil edib. Tədqiqat Bakı və Bakıətrafı ərazilərdə aparılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















