Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya lideri ilə yenidən danışıq faydalı olacaq.

“Le Figaro” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin yekunlarına görə bildirib.

“Mən hesab edirəm ki, Vladimir Putinlə söhbət yenidən faydalı olacaq, Düşünürəm ki, bizə — avropalılara və ukraynalılara — bu müzakirələrin düzgün şəkildə bərpası üçün bir format tapmaq lazımdır. Əks halda, biz öz aramızda və Rusiya tərəfi ilə ayrı-ayrı danışıqlar aparacaq vasitəçilərlə müzakirə edəcəyik ki, bu da optimal deyil”, - Makron fikrini əsaslandırıb.

Bildirilir ki, Aİ sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə “təzminat krediti” adı altında müsadirə edilməsi məsələsində razılığa gələ bilməyiblər. Bunun əvəzinə, Avropa Komissiyasının sədri Ursula von der Leyen yekun mətbuat konfransında bildirib ki, Ukraynaya növbəti iki il ərzində 90 milyard avro ayrılması barədə qərar qəbul edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

19.12.2025 10:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18