970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitmişdir. 

AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 9 yanvar 2026-cı il tarixində həyata keçirilmişdir. İstiqrazlara 68 investor 68 sifariş təqdim edib. Emissiya tam məbləğdə yerləşdirilib. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  "BİR KREDİT BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2002027731

İstiqraqzların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı:  20 000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

Buraxılış həcmi:  2 000 000 manat

İllik gəlirlilik faizi:  11.5%

Ödəmə periodu:  İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti:  1 il

Reallaşdırılmış həcm:  2 000 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə):  2 000 000 manat

Hərrac qiyməti:  100 manat

İnvestor sayı:  68

Sifariş sayı:  68

Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

09.01.2026 18:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18