“Coca-Cola Azərbaycan”nın dəstəyi ilə daha bir kəndə su çəkilib
855 sakin təmiz su ilə təmin edilib.(®) “Coca-Cola İçecek” şirkəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərəfdaşlığı ilə Şabran rayonunun Sincanboyad kəndi təmiz su ilə təmin olunub.
“EcoHub” ekoloji platforması və Şabran Rayon İcra Hakimiyyətinin də dəstəyi ilə icra olunan layihə nəticəsində 855 sakin təmiz su ilə təmin edilib.
Belə ki, Sincanboyad Sincanboyad kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə Şabran rayonunun mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə uzunluğu 6 km olan kənddaxili şəbəkə sistemi inşa edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Beləliklə, günlük suya olan 165 m3 təlabatı yeni yaradılmış su təchizatı şəbəkəsi ilə tam təmin edilir.
“Coca-Cola” şirkəti özünün 2030-cu ilə qədər nəzərdə tutulan Su Təhlükəsizlik Strategiyasına uyğun olaraq istehsalatda istifadə edilən suyun 100 %-nin təbiətə qaytarılmasına, su ehtiyatlarının mühafizəsinə və bərpasına, yerli icmaların su təminatının yaxşılaşdırılmasına dəstək olur. Şirkət suyu yalnız məhsullarının əsas tərkibi kimi deyil, həm də insanların rifahı və təbiətin davamlılığıüçün əsas resurs kimi görür. Bu, sadəcə korporativ məsuliyyət yox – həyatın özünə töhfədir.
Qeyd edək ki, “Coca-Cola”nın dəstəyi ilə ötən ilin sentyabr ayında Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkiliş işləri tamamlanıb, 1300-dən çox sakin təmiz su ilə təmin edilib. Bundan əvvəl isə Abşeron ərazisində “Coca-Cola” Fondunun dəstəyi iləəkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırılıb. ADA Fondu iləəməkdaşlıq edərək təhsil ocağının ərazisində ağacların suvarılmasıüçün yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsi həyata keçirilir.
Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan “Coca-Cola Azərbaycan” eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

