Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur

“Google” şirkəti əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçdi. Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqladı.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkəti bəyan edir ki, “Gemini” süni intellekt modeli artıq rəsmi olaraq Azərbaycan dilində istifadəyə verilib.

Marja.az xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Google” şirkətinin birgə bəyanatında bildirilir.

Qeyd edilib ki, strateji genişlənmə çərçivəsində əlavə edilən 23 yeni dildən biri kimi Azərbaycan dili seçilib. Bu, azərbaycanlı istifadəçilərə “Gemini”nin imkanlarındanəsas qlobal dillərlə yanaşı, ana dilində də faydalanmağa imkan yaradır.

Azərbaycan dili interfeysi artıq veb-versiyada aktivdir, tam mobil dəstək (Android/iOS) mövcuddur və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.

Şirkət “Nano Banana” və “Veo” kimi ən qabaqcıl yaradıcı alətləri də Azərbaycan bazarına gətirdiyini açıqlayıb. “Nano Banana” sadə ideyaları yüksəkkeyfiyyətli vizuallara çevirməyə və mövcud şəkilləri təbii dildə redaktə etməyə imkan verir. “Veo” isə mürəkkəb yaradıcı təlimatlara dəqiq əməl edərək, sinxronlaşdırılmış səslə birlikdə yüksəkkeyfiyyətli (1080p) videolar yarada bilən qabaqcıl modeldir.

Məhsuldarlıq və təhsili dəstəkləmək məqsədilə Azərbaycan dilində üç yeni funksiya da istifadəyə verilib. “Canvas” yazı və kodlaşdırma üçün xüsusi iş mühiti təqdim edir və istifadəçilərə “Gemini” ilə mürəkkəb layihələr üzərində əməkdaşlığa şərait yaradır. “Deep Research” modeli mürəkkəb mövzuları araşdırmağa, bir neçə mənbədən məlumatları sintez edərək hərtərəfli hesabatlar təqdim etməyə imkan verir. Nəhayət, “Guided Learning” istifadəçilərə interaktiv, öyrənmə tərzinə uyğunlaşdırılmış testlər vasitəsilə yeni mövzuları mənimsəməyə kömək edir.

Bu yeniliklər süni intellekt alətlərinin daha geniş auditoriya üçün əlçatan olmasını təmin edəcək.

Gemini GoogleGemini GeminiAzərbaycan GeminiAzərbaycandili süniintellekt Sİtexnologiyası GoogleAI AIalətləri rəqəmsalinnovasiya Azərbaycandasüniintellekt RəqəmsalİnkişafvəNəqliyyatNazirliyi GoogleAzərbaycan GeminiLive realvaxtdanışıqAI Geminivebversiya Geminimobilətbiq AndroidGemini iOSGemini CanvasAI DeepResearchAI GuidedLearningAI AIyazıalətləri AIkodlaşdırmaalətləri AIaraşdırmaalətləri AIöyrənməplatforması NanoBananaAI VeoAI AIvizualyaratma AIvideoyaratma 1080pAIvideo süniintellektvideoalətləri süniintellektşəkilredaktəsi AIyaradıcıalətlər rəqəmsaltransformasiya Azərbaycandarəqəmsaltexnologiya AIinterfeys Azərbaycanlokallaşdırma Googleyenilikləri AIəlçatanlığı AIinteraktivöyrənmə AIəməkdaşlıqalətləri qlobalAItexnologiyası
12.02.2026 11:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18